8 prokurorluq işçisi vəzifəsindən azad edilib

Prokurorluq orqanlarına daxil olmuş müraciətlərin 9777-i tam təmin olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.

Kollegiya iclasında qeyd edilmişdir ki, hesabat dövründə öz fəaliyyətini müasir tələblər səviyyəsində qura bilməyən, prokurorluq işçisinə yaraşmayan hərəkətlərə, xidməti intizamın kobud pozuntusuna yol verən və vəzifələrini layiqincə yerinə yetirə bilməyən 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmiş, onlardan 2-i prokurorluq orqanlarından xaric edilmiş, 8 nəfər vəzifədən azad edilmiş, 15 nəfərə töhmət və ya şiddətli töhmət, 5 nəfərə isə digər intizam tənbehi tədbirləri tətbiq edilib.

Ötən müddət ərzində Baş Prokurorluğun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirmə məsələlərinin xüsusi əhəmiyyəti nəzərə alınmaqla Mətbuat xidmətinin işi daha da təkmilləşdirilmiş, verilən informasiyanın daha çox oxucu kütləsinə çatdırılmasının təmin edilməsi məqsədi ilə qurumun sosial şəbəkələrdə rəsmi səhifələri açılmış, həmçinin Baş Prokurorluğun yeni veb-saytı ictimaiyyətin istifadəsinə verilib.