8 sülhməramlı öldü – Helikopter qəzası

Birləşmiş Millətlər Təşkilatının (BMT) 8 sülhməramlısı həlak olub.

Yenicag.az xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik məlumat verib.

Dyujarrik qeyd edib ki, Konqoda vəzifələrini icra edən 8 sülhməramlı hərbçi helikopter qəzasında həlak olub.

Sözçü həlak olanlardan 6-nın Pakistan, 1-nin Rusiya, 1-nin isə Serbiya hərbçisi olduğunu bildirib.