!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

800 neftçi işsiz qalacaq

!Reklam – Yazi

83336Dövlət Neft Şirkətinin idarə və zavodlarında ixtisarlarla bağlı işçilərə bildirişlər paylanıb.
Bu barədə  Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının hüquqşünası Azər Quliyev məlumat verib.

A.Quliyevin sözlərinə görə, son vaxtlar təmsil olunduğu təşkilata müraciətlər artıb:

“Yeni ildən kütləvi ixtisarlar olacaq. Artıq Neft Emalı Zavodunda, “Neftqaztikintitresti”də işçilərə xəbərdarlıq bildirişləri paylanıb. İlkin olaraq zavod və digər müəssisələrdən 800 işçi ixtisara salınacaq. İxtisarlar gələn ildən aparılacaq”.

Hüquqşünas dedi ki, xərclərin azadılması üçün ixtisarların aparılması vacibdir. Lakin ixtisarlar aparılarkən peşəkarlıq səviyyəsinin nəzərə alınmaması narazılıq yaradır: “İxtisarlar aparılarkən peşəkarlıq, ixtisas amili nəzərə alınmalıdır. Bundan əlavə, Əmək Məcəlləsinin tələblərinə görə, hamilə qadınlar, 3 yaşınadək uşaqları olan qadınlar, müharibə əlilləri və digər güzəştləri olanlar ixtisara salına bilməz. Amma müharibə əlilləri işdən çıxarılır, ixtisas sahiblərinin əvəzinə qeyri-ixtisas sahibləri işləyir.

Bizi narahat edən digər məsələ isə ixtisarlar aparıldığı halda işçilərin sayı ilə bağlı statistikanın azalmamasıdır. Belə çıxır ki, işdən çıxarılan işçilərin əvəzinə yeniləri işə götürülür”.

A.Quliyev qeyd etdi ki, hazırda müraciətlərə baxılır: “İşçilərin bəziləri öz ərizələri ilə işdən çıxmalarına məcbur edildiklərini deyirlər”.

Təşkilatın rəhbəri Mirvari Qəhrəmanlı isə ixtisarların aparılmasına nəzarət ediləcəyini dedi. (qafqazinfo.az)

 

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv