!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

82 dövlət əmlakı özəlləşdirilir - Vaxt açıqlandı

!Reklam – Yazi

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 5 mart tarixində keçiriləcək.

Komitədən Yenicag.az-a verilən məlumata görə, martın ilk özəlləşdirilmə hərracına ümumilikdə 82 dövlət əmlakı çıxarılıb. Dövlət əmlaklarından 36-sı kiçik dövlət müəssisə və obyekti, 23-ü səhmdar cəmiyyəti, 7-si qeyri-yaşayış sahəsi, 4-ü yarımçıq tikili, 12-si isə nəqliyyat vasitəsidir.

Budəfəki hərracda özəlləşməyə çıxarılan kiçik dövlət obyektlərinə Şəmkirdə balıq zavodu, Şabran və Balakəndə mehmanxanalar, digər şəhər və rayonlarda mağaza, yeməkxana, şadlıq evləri və kinoteatr kimi müəssisələr aiddir. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 7.5 kv.m ilə 9 min 297 kv.m arasındadır. Saatlıda yerləşən bu növ dövlət əmlaklarının isə ümumi faydalı sahəsi 420 kv.m-ə qədərdir. Təmir-tikinti sahəsinə aid olan bu müəssisələri investorlar torpaq sahəsi ilə birgə özəlləşdirə bilər. Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki “Dəvəçi” Mehmanxanası da sərmayəçi üçün maraqlı ola biləcək dövlət əmlaklarındandır. Turizm sektorunda gəlirli fəaliyyət potensialı olan obyektin ümumi faydalı sahəsi 582.5 kv.m, torpaq sahəsi isə 1583.5 kv.m-dir.

Biznes fəaliyyətinə yeni başlayanlar üçün maraqlı ola biləcək qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri Samux, Gəncə və Sabirabadda yerləşir. Hərraca çıxarılan bu növ dövlət əmlakları arasında ən yüksək – 266.7 kv.m ümumi faydalı sahəsi olan obyekt paytaxtın Nərimanov rayonu, F.Yusifov küçəsindədir. Ticarət, iaşə və xidmət fəaliyyəti üçün uyğun olan digər qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 22.2 kv.m ilə 176.7 kv.m arasındadır.

Dövlətə məxsus səhm paketlərinin özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri kəndkimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aiddir. Hərraca 30%-45%-lik səhm paketləri çıxarılan əmlaklara “Ağcabədi Aqrotexservis”, “Sabirabad Mexanikləşdirmə”, “Yevlax taxılçı“, “Zabrat Tikinti Quraşdırma” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Hərraca çıxarılan avtomobillər “Volkswagen”, “Toyota”, “Chevrolet” və “Nissan” markalarına aiddir. Bu nəqliyyat vasitələrinin buraxılış tarixləri 2006-2010-cu illərdir. Bu əmlaklar üzrə təyin olunmuş ilkin hərrac qiyməti 4 min manat ilə 8 min manat arasındadır.

www.yenicag.az

2663
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv