82 yaşlı kişi tamah qurbanı oldu

67151 (1)Noyabrın 5-dən 6-na keçən gecə Ağcabədi şəhər Şamil Cəmşidov küçəsində 1932-ci il təvəllüdlü Məmmədov Ənvər Qəmbər oğlu naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

Aparılan əməliyyat tədbirləri nəticəsində qətlə yetirənin kimliyi məlum olub. Cinayəti törədən 1994-cü il təvəllüdlü Osmanov Aydın Səlim oğlu Ağcabədidə fermalardan birində saxlanılıb və istintaq orqanlarına təhvil verilib. O, əməlini tam etiraf edib. 20 yaşlı gənc 82 yaşlı kişini tamah məqsədi ilə öldürdüyünü deyib. Hazırda faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda istintaq tədbirləri davam etdirilir.