83-cü saatda MÖCÜZƏ: Bacı-qardaş dağıntılar altından sağ çıxarıldı – FOTO

Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrində aparılan axtarış-xilasetmə işləri davam edir.

Yenicag.az xəbər verir ki, zəlzələ baş verən bölgələrdə axtarış işləri 83 saatdır davam etdirilir.

Xilasetmə işlərinin 83-cü saatında Hatayın Antakya rayonundan sevindirici xəbər gəlib. Belə ki, Mehmet və Əzizə adlı bacı-qardaş dağıntılar altından sağ çıxarılıblar.

Qeyd edək ki, bir saat öncə Adıymanda 6 aylıq körpə də dağıntılar altından sağ çıxarılmışdı.

Xatırladaq ki, Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb.