Türkiyənin Radio və Televiziya Üst Qurumu Gülən Şəbəkəsinin əsas telekanalı olan “Samanyolu”nu cərimə edib.
Yenicag.az xəbər verir ki, bu hal yenidən təkrarlanarsa telekanalın lisenziyasının ləğv edilməsi gündəmə gələ bilər. Ankara Valiliyinin şikayəti əsasında “Samanyolu Haber” telekannalında 21 mart tarixində yayımlanan “Derin Bakış” adlı verilişi ilə bağlı araşdırma aparılıb.
Qeyd edilir ki, sözügedən proqramda kürdlərin müstəqil dövlət yaratması ideyası barədə fikir mübadiləsi aparılıb. Həmçinin veriliş zamanı Atatürk terorist adlandırılıb. Daha sonra Türkiyənin parçalanması məsələsi müzakirə mövzusu olub.
Bununla bağlı telekanal reklam gəlirinin 2% həcmində cərimə edilib. Eyni zamanda xəbərdarlıq edilib ki, bu cür hal təkrarlanarsa telekanalın lisenziyası ləğv ediləcək.
Xatırladaq ki, “Samanyolu” bundan öncə “Kollama” serialında Mustafa Kamal Paşa “şeytan” adlandırılmışdı.
Yenicag.az