85 yaşlı kişi hovuzda boğuldu

Qusar rayon sakini hovuzda boğulub.

Yenicag.az xəbər verir ki, hadisə Qusar şəhərində qeydə alınıb.

Belə ki, 1937-ci il təvəllüdlü Mühacib Tacib oğlu Səfərov hovuza düşərək boğulub.

M.Səfərov Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır./Report/