85 yaşlı qadın 71 yaşlı qonşusunu bıçaqladı
Moskvada qonşusunu qətlə yetirməkdə şübhəli bilinən 85 yaşlı qadın saxlanılıb.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, hadisə 13 may tarixində Moskvanın cənub-şərqində baş verib. Hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, mübahisə zamanı qadın 71 yaşlı qadın qonşusuna sinəsindən 3 bıçaq zərbəsi endirib. Mübahisənin səbəbləri barədə məlumat verilmir.
Hadisədən dərhal sonra digər qonşular polis və təcili tibbi yardım çağırıblar. Lakin hadisə yerinə gələn tibbi işçiləri qadını xilas edə bilməyiblər.
Qətli törətməkdə təqsirləndirilən 85 yaşlı qadın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.