86 yaşlı “dəb ikonası” gəlinlik obrazı ilə heyran etdi – Fotolar

Milli Teylor Morrison 86 yaşında ərə gedərək, sevginin yaşa baxmadığını sübut edib.

Yenicag.az xəbər verir ki, ilk həyat yoldaşı ilə 41 il evli olan “dəb ikonası” onun ölümündən 24 il sonra yenidən ailə qurmağa razılaşıb. Millinin 85 yaşlı əri Harold Morrison ailəyə yaxın olan bir insandır.

Yaşlı qadın öz toy libasıyla bütün qonaqları heyran edib. Millinin nəvəsi ikinci dəfə ailə quran nənəsinin şəkillərini Facebook səhifəsində yerləşdirib. Məlum olub ki, Milli gəlinlik obrazını özü düşünüb. Bu isə heç də təəccüblü deyil. Belə ki, cavanlığında model olan Milli dəb dünyasına çox yaxındır.

86 yaşlı “dəb ikonası”nın toyundan görüntüləri təqdim edirik: