“Son 2 həftə ərzində Ukraynada 190-dan çox xarici muzdlu döyüşçü zərərsizləşdirilib, 74 tank və 235 zirehli texnika məhv edilib”.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu mətbuata açıqlamasında deyib.
Rusiyada sentyabrın 21-də elan edilən qismən səfərbərlik çərçivəsində 300 min nəfərin orduya çağırıldığını qeyd edən Şoyqu səfərbərlik çərçivəsində fəaliyyətlərin tamamlandığını xatırladıb.
Şoyqu bildirib ki, 87 min nəfər hərbi təlim keçdikdən sonra münaqişələrin baş verdiyi bölgələrə göndərilib.
Şoyqu Rusiya ordusunun Ukraynadakı fəaliyyəti ilə bağlı bunları deyib:
“Son 2 həftədə 190-dan çox xarici muzdlu döyüşçü, 74 tank, 235 zirehli maşın, 2 HIMARS reaktiv yaylım atəşi sistemi və 268 ağır pulemyot vasitəsi məhv edilib”.
Ukraynanın hərbi infrastrukturuna yüksək dəqiqlikli silahlarla hücumlarını davam etdirdiklərini bildirən Şoyqu bu hücumların Ukraynanın hərbi potensialının azaldığını dilə gətirib.