İndiyə qədər deputatlığa namizədliyi qeydə alınanların sayı açıqlanıb.
Yenicag.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov məlumat verib.
“İndiyə qədər 881 deputatlığa namizəd qeydə alınıb”, – MSK sədri bildirib.
Ümumilikdə isə 1508 nəfərin deputatlığa namizədliyi irəli sürülüb. Bir yer üçün 11 nəfər mübarizə aparır.
M.Pənahov qeyd edib ki, Azərbaycanda dövlət qeydiyyatına alınan 26 partiyadan 25-i seçkilərdə iştirak edir.