!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülənçi yazar İslamı təhqir etdi

!Reklam – Yazi

RERTürkiyədə LGBT yürüşü ilə bağlı mübahisələr davam edərkən, Fətullah Gülən Şəbəkəsindən gələnE twit hamını şoka saldı. Yenicag.az xəbər verir ki, Gülənə bağlı “Millət” qəzetinin yazarı Ergün Babahan gey və lesbiyanların yürüşünə skandala səbəb olan twit atıb.

Atdiğı twitdə İslama həqarət etməkdən çəkinməyən Ergün Babahan “Biz də İslamı qəbul etmirik, ancaq müsəlmanların hüquqlarını qoruyuruq” deyə, mövqeyini ortaya qoyub. Yenicag.az bildirir ki, bu Ergün Babahanın İslam dininə qarşı ilk həqarəti deyil. Bundan öncə də fətullahçı yazar Quranın xəlifə Osman tərəfindən yazıldığını iddia etmişdi.

Qeyd edək ki, “Millət” qəzeti fətullahçıların topladığı himmət pulları ilə işıq üzü görür.

Xatırladaq ki, bu açıqlama fətullahçıların İslama qarşı ilk açıqlaması deyil. Gülənə bağlı yazarlar dəfələrlə İslam əleyhinə çıxışlar ediblər. Son olaraq, “Zaman” qəzeti və Gülənə bağlı dərnəklər Parisdə İslam dinini təhqir edən jurnalı müdafiə edərək, “Hamımız Çarliyik” şüarı ilə çıxış etmişdilər.

Yenicag.az

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv