“Samanyolu”nun maliyyə şefi qumarda Gülənin 1 milyon dollarını  uduzdu – “Himmət pulu” – Faktlar

stv-fofoGülənin Türkiyədəki gizli “kassa”sı olan və əsasən “Himmət” adı verilən məcburi “bağışlanan” pullara nəzarət edən “Samanyolu”nun ortaqlarından Əkrəm Yalvak “himmət” pullarıyla qumar oynayaraq 1 milyon dollar itirib.

030720150131457124473_3Yenicag.az türk mediasına istinadən xəbər verir ki, “Himmət” pullarıyla Kiprdə qumar oynayıb, kef çəkən “Samanyolu” Holdinqin direktor müavini və maliyyə işləri üzrə koordinatoru Əkrəm Yalvak, ayrıca “Samanyolu” Yayın Holdinqinə bağlı Sem Haber Ajansı, Dünya Radio Nəşriyyat, Merkuri Nəşriyyat, Özgün İşıq Qrupu, Gimat Nəşriyyat kimi şirkətlərdə Hidayət Karaca, Sabit Çakar, Ali Çelik, Rıdvan Kızıltepe, Xıdır Güngör adlı şəxslərlə birlikdə ortaq olaraq görünür. “Paralel” Şəbəkə mediasında yüksək vəzifə sahibi olan Əkrəm Yalvakın qumar ehtirası çox böyükdür. İlk dəfə 27 iyun 2009-cu ildə Kiprə gedib gəlməyə başlayan Yalvak, 2012-ci ildən etibarən hər ay KKTC-yə gedib gəlməyə başlayıb.

030720150136387125369_3

Bahalı hotel, “Rolls Royce”…

Əkrəm Yalvak, ən son 22 May 2015-ci ildə İstanbul Sabiha Gökçen Havalımanından, Nikosiya Ercan Havalımanına endi. Girnədəki “Merit Crystal Cove” Hotelin vəzifəliləri tərəfindən aeroportdan ağ rəngli “Rolls Royce” markalı avtomobillə alınaraq otelə aparıldı. 22-24 May 2015 tarixləri arası 605 nömrəli Kral Dairəsində yerləşdi.

030720150133187120792_31 milyon dollar itirdi

Əkrəm Yalvak, Kazinodakı xüsusi kabində rulet oynadı və 1 milyon dollardan çox pul itirdi. Şəxsi kabinet “Top V.İ.P.” müştəri kateqoriyası olaraq da bilinir. Şəxsi kabinet yalnız üst səviyyə / xüsusi müştərilərə həvalə030720150144547126329_3 edilir.

Himmət pulları baxın kimə əmanət olunub?

Qumarda 1 milyon dollardan çox pul itirən Yalvak, Paralel Şəbəkənin “himmət” adı altında yığdığı pullara nəzarət edir. “Himmət” adıyla pul yığıb, “bu pulları xeyriyyə işlərində istifadə edirik” deyən Paralel Şəbəkənin gerçək üzü bununla bir daha ortaya çıxır.

“Xeyriyyə məqsədilə istifadə edəcəyik, şagird oxudacağıq, xaricdə qurban kəsdirəcəyik, fəqir-füqəraya kömək edəcəyik” deyə toplanan pulların hansı məqsədlərlə istifadə edildiyi, fətullahçıların bu pulları hara xərclədiyi da beləcə ortaya çıxmış oldu. Görəsən “himmət” adıyla toplanan pulları öz kefləri üçün xərcləyən digər imamlar da varmı?

İmtahan suallarını oğurlayan, insanları qeyri-qanuni dinləyən, dövlətin milli təhlükəsizliyinə qəsd edən Paralel Şəbəkə həm də “ağlayaraq”, insanların duyğularından istifadə edərək, aldıqları pulları da haram yerlərdə xərcləyirlər.

Yenicag.az