17 dekabr çevrilişindən sonra tutduğu vəzifədən kənarlaşdırılan polis komisarı Məsud Aydının bəzi cinayət işlərini evindən araşdırdığı ortaya çıxıb.
Qanunsuz fəaliyyəti ilə bağlı ifadə verən Məsud Aydın bunu Gülən Şəbəkəsinin təlimatı ilə etdiyini söyləyib. “Bir gün bu əməliyyatı həyata keçirəcəyimizi bilirdim. Bu əməliyyat üçün lazım olan sənədlər əksikdi. Qardaşlarımız “hər şey yaxşı olacaq və bizə geri gələcəyik, təkrar bu şöbəyə təyin olunacaqsan” dedilər. Mən də geri dönəcəyimi düşündüyüm üçün əməliyyatla bağlı hazırlıqlara evdə davam etdim” deyib.
Qeyd edək ki, “hər şey yaxşı olacaq”, “biz geri gələcəyik” ifadələri Elnur Aslanov kimi gülənist gənclərin leksikonunda səslənir. Hətta Gülənçilərin beyin mərkəzi olan Qafqaz Universitetində ən çox mahnı oxuyan müğənni statusuna sahib olan xanım da Gülənə həsr etdiyi mahnıda bu ifadələrdən istifadə edir.
Yenicag.az