!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Gülən Şəbəkəsinin Azərbaycana qarşı böyük ittifaqı– IV yazı

!Reklam – Yazi

Camaatın Azərbaycanda “biznes imperiyası”, Rusiya planı və “SOCAR Türkiyə” ilə bağlı sensasiyalı bilgilər…

 Azərbaycan hakimiyyəti əleyhinə keçirilən konfransın təşkilatçısının Xalik Məmmədovun oğlu Kənan Məmmədov və Elnur Aslanovla əlaqəsinin pərdəarxası…

Əslində bu hücumların olacağını bilirdik. Qaralama kampaniyaları, gözdən salma, iftira atma Fətullah Gülən Şəbəkəsinin ikinci üzüdür. Onlara qarşı olanları ən çirkin üsullar ilə ləkələmək bu şəbəkə üçün adət halını almışdır. Bunun Türkiyədə çox örnəkləri vardır. Gülən haqqında iddianamə hazırlayan və dövləti necə ələ keçirəcəyini dəlillərlə ortaya qoyan sabiq Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru Nuh Mete Yükselin üzləşdiyi şantaj buna ən mühüm örnəkdir.

Mövzuya toxunmadan öncə iki məsələnin dəqiq anlaşılması üçün kiçik arayış vermək istəyirəm. Çünki hazırda Gülən Şəbəkəsi bu iki faktordan şəxsimə qarşı istifadə edir:

  1. Mən “lisey uşaqları” dedikdə, o məktəbləri bitirən minlərlə gəncimizi deyil, sistemli işlə müxalifətin bacarmayacağını edəcəyini bildirən Fətullah Gülən qrupunu nəzərdə tuturam. O liseyləri bitirən minlərlə gəncin arasında bu şəbəkədən narazı olan, onlar tərəfindən haqsızlığa uğramış yüzlərlə gənc var ki, onlar bu gün bizim yanımızdadırlar. Bu yazılara başladığımız gündən bəri həmin gənclər bildiklərini, yaşadıqlarını anladaraq, bizə ən böyük dəstək olublar və olmaqda da davam edirlər.
  2. Bu gün istər Türkiyədə, istərsə də Azərbaycanda Gülən Camaatı ilə Şəbəkəsi arasında incə xətt var. Həqiqətən dinini yaşayan və siyasətdən kənar olan minlərlə insan hələ də Gülən Şəbəkəsinin fəaliyyətlərini “Hizmət” hərəkatı olaraq görür və dəstəkləyir. Biz o insanları ittiham etməməklə bərabər artıq gözlərinin açılmasını istəyirik. Çünki bu şəbəkənin məqsədi dünyaya türk-islam ideallarını yaymaq deyil, CIA, Mossad, MI5, MI6, BDN kimi xarici xüsusi xidmət orqanlarına “nüfuz casusluğu” etməkdir. Bunu da Gülən Camaatının hər bir üzvü deyil, “Dərin camaat” kod adlı Gülənin Özəl Şurası və ona bölgələrdə bağlı olan şəxslər-imamlar həyata keçirir. Bu səbəbdən də Gülən Camaatı və ya Camaat ifadələri də bu işin saf, türk-islam birliyinə xidmətinə inanan milyonlarla insanı deyil, məhz yuxarıda sadaladığım kateqoriyalara məxsus insanlara şamil edilir.

TUSİAB-TUSKON əlaqələri…

tukson4“Zaman” qəzeti Azərbaycanda qeydiyyatdan keçən ilk xarici müəssisələrdən biridir. Bu həm də onu göstərir ki, Fətullah Gülən Şəbəkəsi bütün məsələlərə şirkət-holdinq nəzəri ilə baxmaqdadır. Bu gün Gülən liseylərinin aqibətindən danışarkən, bu şəbəkənin Azərbaycandakı şirkətlərini görməzdən gəlmək sadəlöhvlük olardı.

Belə ki, vaxtilə Azərbaycanda qurulan şirkət və məktəblərin fəaliyyət göstərməsi üçün Türkiyənin müxtəlif şəhərlərindən “himmət” pulu toplanırdısa, günümüzdə tam əksi yaşanır. Belə ki, bu gün Azərbaycandakı Gülən Şəbəkəsi Türkiyədəki “Bank Asya”nın ayaqda qalmasına, “Hizmət”in Afrikadakı fəaliyyətlərinə çox ciddi dəstək verməkdədir. “Kaynak Holding” başqanı Naci Tosunun qurduğu sistemli işin nəticəsində bu gün Gülən Şəbəkəsi Azərbaycanda türklərdən və azərbaycanlılardan ibarət İş Adamları Ordusu qurub. Bu iş adamlarının əksəriyyəti TUSİAB (Azərbaycan Türkiyə Sənayeci və İş Adamları Dərnəyi) üzvləridir. Camaatın kontrolunda olan bu təşkilatda başqanlıq formal xarakter daşıyır. Əsas işi İdarə Heyətinin baş katibi həyata keçirməkdədir. Bu ilki seçimlərdə neçə illik baş katib geriyə çəkilsə də, yenə də pərdəarxasından dərnəyi idarə etdiyi söylənilir.

30_agustos_5TUSİAB-dan yazmışkən, iki ildən bir keçirilən qurultaya diqqət çəkməmək olmaz. Belə ki, hər il qurultay zamanı üzvlərə dəvətnamə ilə yanaşı səs vermək üçün vəkalətnamə göndərilir. Bu vəkalətnamə qurultaya qatıla bilməyəcək üzvlərin yerlərinə səs verəcək şəxs üçün nəzərdə tutulub. Əslində isə o vəkalətnamə qurultayda iştirak edən şəxslərdən də alınır. Səbəb isə həmin “vəkalət verilən” şəxslərin Camaatın öncədən müəyyənləşdirilmiş siyahısına səs vermələridir. Məsələn, A şəxsinin B şəxsini deyil, C şəxsini İdarə Heyətində görmək istəyir. Ancaq Camaat B şəxsini orada görmək istəyirsə, bu plan pozulmasın deyə, bu variant daim istifadə olunur.

TUSİAB üzvlərinin də hamısının camaat üzvü olduğunu demək, doğru deyil. Azərbaycanda azsaylı türk iş adamları dərnəyindən biri olduğu üçün Türkiyədən gələn bir çox iş adamı bu quruma üzv olub. Burada başqa bir faktor Camaatın “bizimlə keçinə bilməyənin Azərbaycanda yeri yoxdur” hədəsidir. Son illərə qədər Azərbaycanda iş görmək üçün Camaatdan icazə alınması vacib şərtlərdən biri idi. Əks halda ya sıradan çıxarılacaqdın, ya da böyümənə imkan verməyib, iflas etdiriləcəkdin. Bu səbəbdən də TUSİAB üzvləri arasında camaatçı olmasa da, camaatın  şimşəklərini üstünə çəkməyən xeyli sayda Türkiyə vətəndaşı var. Lakin TUSİAB-ın əsas idarəedici kadro (bu tam olaraq idarə heyəti deyil) daim Camaatın kontrolunda olub və hazırda da eyni proje davam edir.

TUSİAB hazırda özünü qorumaq üçün Ərdoğana çıxış axtarmaqdadır. Türkiyə Prezidentini çələnglərlə qarşılayan TUSİAB rəhbərliyi Paralel Yapı ilə əlaqəsini təkzib etsə də, istər Çağ Öyrətim, istər Qafqaz Universiteti ilə bağları, istərsə də, Fətullah Gülən Şəbəkəsinin dünyadakı şirkətlərinin birləşdiyi TUSKON (Türkiyə Sənayeçi və İş Adamları Dərnəyi) ilə ciddi əməkdaşlığı bunu təkzib edir. Hər iki təşkilatın “İpək Yolu” adlı proyektdə bir araya gəlməsi, Ərdoğana sərt mesajlar göndərən, Türkiyə Prezidentini demokratiyanı anlamamaqda suçlayan TUSKON başqanı Rizanur Meral ilə TUSİAB rəhbərliyi arasında sıx əlaqə təkzibedilməzdir. Dəfələrlə iştirak edilən TUSKON zirvələri, Rizanur Meralla olan əlaqələr öz rəsmi saytlarında da mövcuddur. Madam ki, TUSİAB Azərbaycanla Türkiyə arasında körpü rolunu oynamaqdadır, o zaman 17 dekabrdan sonra Ərdoğana “Siyasət pul qazanma yeri deyildir, pul istəyirsən biznesə gir” deyərək, ağır şəkildə rüşvətxorluqda suçlayan TUSKON başqanı ilə əlaqələr necə dəyərləndirilməlidir?..

 

“TUSKON”dan İhsan Kalkavana uzanan yollar…

ihsan_kalkavan_mubariz_mansimovSöhbət Rizanur Meralda düşmüşkən, camaatın “Bank Asya”sından bəhs etməmək olmaz. Azərbaycandakı fətullahçıların da bağlanmaması üçün dəstək verdikləri bankın hissədarlarından biri İhsan Kalkavandır. “Fətullah Gülən üçün ölərəm” deyən məşhur dənizçi iş adamı. Eyni zamanda Camaatın ən önəmli para kasası.  AK Partiya ilə əlaqələri kəsməyən, lakin hər fürsətdə Camaatı dəstəkləyən bir şəxs. “Samanyolu”nda futbol verilişlərindən tanıdığımız İhsan Kalkavan “Dərin Camaat”ın çox önəmli silahıdır. Belə ki, onun üzərindən Rusiya ilə əlaqələrini bərpa etməyə çalışan Fətullah Gülən Şəbəkəsi Türk-Rus Kültür Vəqfini qurdurdu. Camaatın güclü iş adamlarından Akfel Grup İdarə Heyəti başqanı Fatih Baltacı, Fettah Tamince, Akın İpek, Memduh Boydak da bu qurucular arasında. Keçən il Fətullah Gülənin mesajının oxunduğu və birbaşa ona bağlı Gazeteciler və Yazarlar Vəqfi ilə birlikdə “Rusiya-Türkiyə Media Forumu” keçirən Vəqfin mütəvəlli heyətinin Mütəvəlli Heyət üzvləri arasında bir azərbaycanlı var.

Gülən Camaatı Rusiyadakı milyonerlərəmi “qarmaq atmaq” istəyir, yoxsa CIA-ya xidmət etdiyi üçün Rusiyadan qovulanları “arxa qapıdan ölkəyə soxmaq istəyir”, bəlli deyil. Görünən odur ki, iş bildiyimizdən də qarışıqdır.

SOCAR almadan öncədə PETKİM-in başında dayanan bu şəxs AK Partiya ilə birlikdə Camaatla da yaxın əlaqəsi  var. Bir sözlə bu yazımızda adı çəkilən bir çox şəxs kimi o da balans siyasəti yürüdənlərdəndir. Yəni, bunlar Camaatla bağlı iş adamları ilə ortaq hərəkət etsələr də, AK Partiya ilə də münasibətlərini pozmurlar. 

Kənan Yavuzun SOCAR-ın vitse prezidenti Xalik Məmmədovla olan yaxınlığı isə bir daha şübhələnməyə əsas verir ki, bunları birləşdirən Camaatdır. Belə ki, SOCAR Petkimi alarkən, Kənan Yavuz SOCAR-ın Türkiyə nümayəndəliyindən asılı idi. Lakin olduqca geniş manevr imkanları və nə sirdirsə, Xalik Məmmədovun ciddi dəstəyi ilə zirvəyə oturdu. Bu səbəbdən də SOCAR-ın Azərbaycan Nümayəndəliyinə təyin olunan şəxslərlə heç də yaxşı keçinməyən Kənan Yavuz adaşı Kənan Məmmədovu oğlu kimi qoruyur. Kənan Məmmədovla çox rahat yola gedən K.Yavuz  bu işbirliyi ilə “SOCAR Türkiyə”də öz gücünü artırmışdır. SOCAR-da Camaat Şəbəkələşməsinə mane olan Seymur Ağayevin Kənan Məmmədovla əvəzlənməsinə nail olaraq, Kənan Məmmədov-Samir Kərimli ikilisi ilə SOCAR-ın Türkiyə ayağını idarə edir. Savadlı kadrların sırf Kənanların oyunlarında iştirak etmədiyinə görə “vurulması”, verilən istefalar göstərir ki, “SOCAR Türkiyə”də heç də yaxşı işlər baş vermir. Lakin Azərbaycanda Xalik Məmmədov oğlu ilə dostunun bütün oyunlarını ört-basdır etməyi bacarır. Bu səbəbdəndir ki, “SOCAR Türkiyə”nin əslində yüksəlişdən enişə keçdiyinin kimsə fərqinə varmır.

Qeyd

Azərbaycanlılara xarici şirkətlərdə ikinci sinif kateqoriyası insan münasibətinin sərgiləndiyinə dair dəfələrlə yazılıb. Xüsusilə ingilis şirkətlərində maaş məsələsindən işçi hüquqları məsələsinə qədər azərbaycanlıların aşağılandığına dair yüzlərlə fakt mövcuddur. Nə qədər təəssüfləndirici olsa da, bu gün Türkiyədə Azərbaycan dövlətinin pulu ilə fəaliyyət göstərən bu zavodlarda vətəndaşlarımız Kənanların əli ilə əzilir.

“SOCAR Türkiyə” gizlinləri…
ic_haber_kutu_copy_9“SOCAR Türkiyə”dən danışdıqda hər kəs ağızdolu ilə Petkimdən danışır. Lakin heç kim sual vermir ki, nə üçün 60 aya tikiləcək “Star” zavodunun tikintisi 100 aya qədər uzadıldı? Sadəcə ilkin tamamlanma işləri üçün Azərbaycan büdcəsindən 800 milyon  çəkilsə də, 3 ildə bu pula dəyəcək hansı işlər görülüb? 800 milyon pulun böyük bir hissəsinin sadəcə palçıqtəmizləmə əməliyyatlarına xərcləndiyindən rəsmi Bakının təfsilatlı xəbəri varmı? Çünki Xalik Məmmədovun oğlu Kənanın adaşını qoruduğuna və onunla razılaşdırılmamış hesabat və ya arayış göndərmədiyi vurğulanmaqdadır.

“SOCAR Türkiyə”nin bir başqa problemi də neft tullantılarıdır. Nafta adlanan bu məhsulu əvvəlki PETKİM özü istehsal etsə də, SOCAR-ın nəzarətinə keçən PETKİM bunu İsveçdən “SOCAR TRADİNG”-dən almaqdadır. “SOCAR Türkiyə”nin rəsmi saytında yer alan məlumata görə, 2008-ci ildən bəri bu şirkətin Sinqapur, Nigeriya, Vyetnam, Dubay, Hindistan, Nyu York, Qahirə və İstanbuldakı ofisləri vasitəsi ilə neft məhsulu ticarətini davam etdirir.

10615543_1449860625303618_6413794279168072520_nVə maraqlıdır ki, hər il bu məhsulların hazırlanması üçün lazım olan 2 milyon tonluq nafta İsveçdən gətirilir ki, bu da məhsulun qiymətinə ciddi təsir göstərir. Nəticədə Petkimin Türkiyə bazarındakı hissəsi yüksəlmək əvəzinə düşür. Burada Kənan Yavuzun oğlunun nikah şahidi olan Ali Koçun ailə şirkətinin də payı böyükdür. Belə ki, Türkiyədə istehsal olunan naftanın böyük hissəsini alan Koç Holdinq Petkimi İsveçə uzanmağa vadar edir. Nəticədə hər iki şirkət SOCAR-ın olsa da, Petkimin faydalılıq əmsalını aşağı salır.

Bunun önünü kəsib, bir an öncə bu məsələyə çözüm gətirməli olacaq Kənan Yavuz isə daha çox “lisey uşaqları”nın “SOCAR Türkiyə”də güclənməsinə vaxt ayırır. Təbii ki, Kənan Məmmədovun dəstək verdiyi gənclərə…

Göründüyü kimi əlaqələr zənciri o qədər qarmaqarışıqdır ki, bunu çözmək çətindir. Bu mövzuya aid daha bir misal. SOCAR-ın Türkiyə mediasındakı payını Fettah Tamincəyə vermək istədiyini Kənan Yavuz açıqladı. Kimdir Fatih Tamincə? Görünüşə görə, qatı ərdoğançıdır, hətta yuxularından belə çıxmır. Gəl gör ki, həmin Fettah Tamincə bir ayağını da Pensilvaniyadan əksik etmir.

 

Kənan Məmmədovla Elnur Aslanovun ortaq dostunun inqilabçılığı1920586_605261462884143_1128689298_n

W1siZiIsIjM1NjA4LzEzMjM0OTYyNDdAQVIiXSxbInAiLCJ0aHVtYiIsIjkwMHg2MDI+Il0sWyJwIiwid2F0ZXJtYXJrIl1d (1)Mövzuya geri dönərsək, Kənan Məmmədovla Elnur Aslanovun yaxınlığından bəhs etməkdə fayda var. Elnur Aslanov, Kənan Məmmədov və digərlərini birləşdirən dəyər “lisey” idi. Bu səbəbdən də Elnur Aslanovun Bakıdan dəstək verdiyi hər proyektə Kənan Məmmədovdan “yaşıl işıq” yandırılıb.
Belə ki, Elnur Aslanovun yaxın dostu, Strateji Araşdırmalar Mərkəzinin nəzdində fəaliyyət göstərən “Caucasus Internetional” jurnalının məsul katibi Ural Aküzümə Azərbaycanla bağlı fəaliyyətində ən böyük dəstəyi bu şəxslər veriblər.  Ural Aküzüm kimdir? “Yeni Müsavat” qəzeti bu barədə yazarkən bu cümlələrə yer verilib:“ “AN” hərəkatının başqanı Ural Aküzüm “Caucasus Internetional” jurnalının məsul katibidir. Kadir Has Universitetinin rektoru Mustafa Aydın isə “AN”-ın Məsləhət Şurasının üzvüdür. SAM həmin şəxslərlə birlikdə Kadir Has Universitetində Azərbaycanla bağlı bir konfrans təşkil edib. Həmin konfransa Azərbaycandan müxalifət fəalları, Türkiyədə mühacirətdə yaşayan müxalifət nümayəndələri də qatılıblar.  Tədbirdə Azərbaycan iqtidarı və prezidenti kəskin tənqid olunub, ərəb baharının Azərbaycana gətirilməsi mövzusu ətrafında müzakirələr təşkil olunub, bu işdə Azərbaycan müxalifətinə yardım etmək məqsədilə Avropa və Qərbə çağırışlar edilib. Həmin vaxt Azərbaycan hakimiyyətinin bu məsələdən xəbər tutmaması və ya ona göz yumması qəribə görünür”.

ari2
Bu mövzunu araşdırdıqda bəlli oldu ki, Ural Aküzüm “AN” deyil, “Arı” Hərəkatının başqanıdır. “Arı” Hərəkatı isə “narıncı inqilablar”ın memarı Corc Sorosun maliyyəsi ilə Türkiyədə qurulub və əsas qayəsinin “GƏLƏCƏYİN LİDERLƏRİNİ YETİŞDİRMƏK” olduğunu açıqlayıb. 2005-ci ildə AXCP sədri Əli Kərimlini İstanbula dəvət edərək “Genişlənmiş Orta Şərqdə Demokratiya və Təhlükəsizlik” mövzusunda konfransda məruzəçi kimi çıxış etməsini təmin edən təşkilat 2011-ci ildə Kadır Has Universitetində “21-ci Əsrdə Türkiyənin Təhlükəsizliyi:  Daxili Strutukturlar, Yeni Fürsətlər və Problemlər” mövzusunda beynəlxalq konfrans təşkil edib. Konfransın iştirakçıları arasında Azərbaycan və Ermənistanın ana müxalifət liderləri olub.

Azərbaycanda insan haqqlarının pozulması və diktatura rejimi olması bar171011-ae-goknurədə fikirlər səslənən konfransın giriş çıxışını Kadir Has Universitetinin rektoru Mustafa Aydın, qapanış məruzəsini isə Ural Aküzüm həyata keçirib. Mustafa Aydın SAM rəhbəri Fərhad Məmmədovun plaket verdiyi şəxsdir. Görəsən, həmin konfransda Azərbaycan əleyhinə səslənən fikirlərdən sonra Ural Aküzüm SOCAR-ın dəstəyini necə ala bilir? Axı ARI Hərəkatı dünən yaradılmış bir təşkilat deyil ki, SAM bundan xəbərsiz olsun və hələ 2005-ci ildən etibarən Azərbaycanda “narıncı inqilab” etmək istəyən şəxsi Prezidentə yazdığı hesabatda Mərkəzin Türkiyədə nəşr etdiyi jurnalın rəhbəri təyin etsin. Hansı ki, həmin jurnalın redaktoru Türkiyədən deportasiya olunan azərbaycanlı jurnalist Mahir Zeynalov olub. Azərbaycan əleyhinə dəfələrlə yazıların dərc olunduğu “Todays Zaman” yazarı Elnur Aslanovla dostluğu sayəsində həm də SAM əməkdaşı olub. Bu kimi faktlar bir daha deməyə əsas verir ki, SAM-da təmizlik işləri vacibdir. Çünki əgər SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsini Qafqaz Universitetinin sabiq prorektoru və Elnur Aslanovun yaxın dostu tutursa, o zaman “Arı Hərəkatı” SOCAR-ın pulu ilə tədbir keçirib, Azərbaycanı “vurar”, dövlət də bunu “görməz. ural_akuzum_YESSS62459_555979387785145_1087488990_n

Göründüyü kimi Şəbəkə çox gözəl sistemini qurmuşdur. Türkiyədə Kənanlar, Bakıda isə Elnur Aslanovun dövlət içində hələ də qalan və dirəniş göstərən qrupu fəaliyyətlərini davam etdirməkdədirlər. Nəticə etibarı ilə böyük oyunların oynandığı həm Türkiyədə, həm də Azərbaycanda Fətullah Gülən Şəbəkəsinin sıradan çıxdığını, dağıldığını söyləmək sadəlöhvlük olardı. Camaat sadəcə taym-out götürüb.

Hədələrlə bağlı haşiyə…

Biz bu yola çıxarkən hər cür təhdid, təhqir, şantaj, çirkin iftira ilə qarşılaşacağımızı bilirdik. Çünki qarşımızdakı Güc maraqları naminə öz “balaları”na belə acımayacaq qədər qəddardır. Bu gün məni məhkəməyə verən deputat üçün sosial mediada dəstək qrupları qurub, mənim qanımı halal, qətlimi vacib elan edən azərbaycanlı İŞİD-çilər də, xəvariclər də bu camaatın arxasındakı gücün əsəridirlər. Türkiyəyə getmədən öncə ölüm mesajı almışdım, indi isə “Bakıya dönmə, öldürüləcəksən” mesajları alıram. Bir canım var, o da Şah İsmayılın təməllərini atdığı, müstəqilliyi uğrunda Nəsib bəy Yusifbəylilərin, Fətəli xan Xoyluların, Rəsulzadələrin, Elçibəylərin çalışdığı, Heydər Əliyevin qurub, İlham Əliyevlə günü gündən inkişaf edən Azərbaycanımıza qurban olsun… Bir dəyərli dostumun dediyi kimi, “dövlət heç vaxt xainsiz olmaz, ancaq o xainlərin də önündə bizdən biri həmişə olacaqdır”… Mən heç vaxt bu kimi hədələri mətbuata çıxarmaq tərəfdarı olmamışam, indi bu məlumatı paylaşmaqda məqsədim odur ki, mən ünvanıma atılan hər daşın haradan gəldiyini bilirəm. Adını İŞİD-çi, hizbullahçı da qoysalar, başıma gələcək hər hansı bir hadisənin məsuliyyətini adını zikr etdiyim Şəbəkə daşıyır…

Aqil ƏLƏSGƏR

P.S. Qeyd etmək lazımdır ki, Fətullah Gülən Şəbəkəsi ingilis üslubu ilə hərəkət etdiyindən Azərbaycan iqtidarı ilə isti münasibət qurduğu kimi müxalifəti də ehmal etmir. Türkiyədə son yaşananlar, Gülənin İhsanoğluna şifrəli dəstəyi göstərdi ki, bu şəbəkə maraqlarına cavab verdiyi zaman 40 illik düşməni ilə dost olub, onu yüksəldənlərə, bütün istəklərinə “hə” deyənlərə qarşı ola bilir. Azərbaycana gəlincə, liseylər bağlanarkən, Amerikadan maliyyələşən “Azadlıq” radiosunun bu məktəblərin bağlanmasını bəzi deputatlar kimi faciə kimi qələmə verməsi, xalqı buna etiraz etməyə dəvət edənlərə yaradılan şərait nəzərimizdən yayınmadı. Eyni zamanda bizim yazılara kölgə salmaq üçün AXCP sədri Әli Kərimlinin nəzarətində olan media qurumları və hazırda onunla bir əlaqəsi olmayan kimi görünən, lakin “Yurd”un şinelindən çıxmış bəzi yazarların bu məsələni hakimiyyətdaxili savaş kimi qələm vermələri göstərir ki, Camaat sadəcə “Azərbaycan” qəzetinin şöbə müdiri İxtiyar Hüseynlinin kontrolunda olan yazarlarla işləmir. Şəbəkə müxalif yazarlar arasında da xeyli sayda simpatizan toplaya bilmişdir. Və biz Gülən təhlükəsindən bəhs edərkən, əksəriyyət kimi onlar da Şəbəkə ilə dialoqa can atırdı. Bu səbəbdən də bizi haralarasa bağlamaq istəyənlərin yaxın keçmişə nəzər yetirmələri lazımdır.

 

www.yenicag.az

1796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv