!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Gələn CV-ləri zibilə atıram. Çünki…” – SOCAR Turkey-in rəhbəri

!Reklam – Yazi

kenan yavuz“Qapım universitetlərin üzünə bağlıdır”.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən SOCAR Turkey törəmə şirkətinin rəhbəri Kənan Yavuz qardaş ölkənin ali təhsil müəssisələri barədə sərt fikirlər səsləndirib.

Türkiyənin ali təhsil müəssisələri barədə “gecəqondu universitetləri” ifadəsi işlədən K.Yavuz, sənaye sektoru üçün mütəxəssis tapa bilmədiklərini vurğuladı.

“Gələn CV-ləri zibilə atıram, qapım universitetlərin üzünə bağlıdır”, – deyə, Yavuz bildirib.

Yavuz bildirib ki, ali təhsil müəssisəsi deyilən qurumlar ailələri və uşaqları aldatmaqdan vaz keçməlidir:

“Universitet bitirib ortalıqda qalan milyonlarla gənc var. Aşağı işləri görə biləcək adam tapa bilmirik. Universiteti bitirib əlinə diplom alan “mən nə vaxt müdir olacağam?” deməyə başlayır.

Buradan ali təhsil müəssisələrinə səslənirəm – qarşıdakı üç il də minlərlə peşə ixtisaslı şəxsləri işə götürəcəm. Universitet məzunları üçün isə qapılarım bağlıdır”.

Yavuz təəssüflə qeyd edib ki, universitet məzunlarının CV-lərini baxmadan zibilə atır:

“Ali təhsil müəssisələri tələb edərlərsə, zibilə atdığım universitet məznları CV-lərini özlərinə bağışlaya bilərəm. Onsuz da zibil qutum doludur.

“Ən yüksək işsizlik universitet məzunları arasındadır, çünki hər 10 aşağı vəzifəli iş görən üçün 1 universitet məzununa ehtiyac var. Yaponiya, Koreya və Almaniyadakı möcüzələrin altında bacarıqlı peşə işçiləri və keyfiyyətli universitet təhsili dayanır”.

Qeyd edək ki, bir müddət öncə qeyd etmişdik ki, Kənan Yavuz Xalik Məmmədovun razılığı ilə gəlməyən heç bir kadrı işə almır. Yalnız X.Məmmədovun okeylədiyi kadrlar işə alınır.

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv