89 saat sonra xilas edildi – İlk sualı təəccüb yaratdı – VİDEO

Ardıcıl zəlzələlərin vurduğu şəhərlər arasında yer alan Qaziantepin İslahiye rayonunda dağılmış binanın dağıntıları arasında qalan 23 yaşlı Yiğit Akar 89 saat sonra sağ-salamat xilas edilib.

Yenicag.az xəbər verir ki, Yiğit Akar onu xilas edən komanda üzvlərinə verdiyi sualla təbəssüm yaradıb.

Belə  ki, o,  “Binanın qarşısında ağ bir avtomobil var idi, necədir?” ,- deyə sual verib.  Komandalar isə cavabında  “İndi onu axtararıq” deyib. Gənc oğlan xəstəxanaya yerləşdirilib.