!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İqbal Ağazadə Araz Əlizadə üçün “boş, mənasız bir şeydir” dedi – Qarşılıqlı ittihamlar

!Reklam – Yazi

2121Araz Əlizadə: “İqbal Ağazadə adətən populizmlə məşğul olur”

İqbal Ağazadə: “Boş, mənasız bir şeydir,  deyir də, nə deyim, deyim demə”

35 saylı Xətai üçüncü seçki dairəsindən parlament seçkilərinə namizədliyini verən ASDP sədri Araz Əlizadə Yenicag.az-a açıqlamasında bu dairədən hazırda deputat olan Ümid Partiyasının sədri İqbal Ağazadəni populist çıxışlar etməkdə ittiham etdi: “Fikrimcə, millət vəkilləri qanunvericiliklə məşğul olmalıdır. Məlumatıma görə üç müddətdə millət vəkili olan İqbal Ağazadə cəmi bir ənənə qanun layihəsi irəli sürüb. Ona görə də düşünürəm ki, seçicilərin ixtiyarı var, istəsələr öz millət vəkillərini dəyişsinlər. Elə bir adamı seçsinlər ki, o qanunvericiliklə məşğul olsun, populizmlə yox. İqbal Ağazadə adətən populizmlə məşğul olur. Onun son prezident seçkilərində namizəd olaraq çıxışlarını da gördünüz. Hər verilişdə “dəyişək” deyir, amma necə, hara dəyişməyi, əvəzinə nə etməli olduğumuzu demir. AXC 1992-ci  ildə hakimiyyətə gələndə sual verdim ki, gəlib nə edəcəksiniz? Dedilər, gələrik, görərsən. Gəldilər gördük ki, ölkəni vətəndaş müharibəsi qarşısında qoyub qaçdılar. Fikrimcə, hər bir siyasətçi, millət vəkili ortaya proqram qoymalı, onun üzərində işləməlidir”.

Millət vəkili İqbal Ağazadə isə A. Əlizadənin onu populizmdə ittiham etməsinə normal baxdığını söylədi: “Normal baxıram. Anlamıram ki, populizm nəyə deyirlər. Heç kimin fikrinə münasibət bildirmək istəmirəm. Boş, mənasız bir şeydir,  deyir də. Nə deyim, deyim demə”.

ELÇİN

 

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv