9 avtomobil toqquşdu – Yaralılar var

Türkiyənin İstanbul şəhərini Esenyurd rayonunun Trans-Avropa magistralında zəncirvari qəza baş verib.

Yenicag.az xəbər verir ki, hadisə zamanı 9 avtomobil toqquşub.

Hadisə yerinə çoxlu sayda təcili yardım briqadası və polis cəlb edilib.

İlkin məlumatlara əsasən, qəza nəticəsində azı 6 nəfər xəsarət alıb. Qəzanın səbəbləri ilə bağlı araşdırma aparılır.