Bu ilin yanvar-sentyabr aylarında Rusiyadan Azərbaycana 54,9 min nəfər turizm məqsədləri üçün səfər edib.
Yenicag.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Hesabat dövründə Rusiyadan ümumilikdə müxtəlif məqsədlər üçün xaricə 17,4 milyon adam səfər edib ki, bunun da 4,7 milyonu turizm məqsədi daşıyır. 9 ayda xaricə səfərlərin ümumi sayı illik müqayisədə 13,8% artıb. Bundan başqa, rusların turizm məqsədilə xaricə səyahətləri pandemiyadan əvvəlki dövr – 2019-cu illə müqayisədə təxminən 3 dəfə azdır, ötən illə müqayisədə isə 2,7% çoxdur.
Belə ki, bu ilin I rübündə Rusiyanın 3,8 milyon, II rübdə 4,57 milyon, III rübdə isə 8,9 milyon vətəndaşı xaricə gedib.
Bu dövrdə ruslar ən çox Abxaziyaya (4,4 milyon), Türkiyəyə (3,5 milyon), Qazaxıstana (2 milyon), Birləşmiş Ərəb Əmirliklərinə (743,6 min) və Finlandiyaya (731,2 min) səfər ediblər.
Bu ilin III rübündə ruslar turizm məqsədilə xaricə 2,4 milyon səfər edib. Eyni dövrdə ruslar ən çox Türkiyəyə (1,7 milyon), Birləşmiş Ərəb Əmirliklərinə (203 min) və Misirə (144,7 min) səyahət edib.
Həmçinin rus vətəndaşları Ermənistana (94,2 min), Özbəkistana (42,8 min), Azərbaycana (38,1 min), Qazaxıstana (37,5 min), Qırğızıstana (32,5 min), Abxaziyaya (19 min) və Maldiv adalarına (23,6 min) səyahət ediblər.