!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 ayda verilən güzəştli kreditin miqdarı açıqlandı

!Reklam – Yazi

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 4 116 layihənin maliyyələşdirilməsinə 167,6 milyon manat güzəştli kredit verib.

Bu barədə Yenicag.az-a Fonddan bildirilib.

Məlumata görə, layihələrdən 3-ü işğaldan azad edilmiş ərazilərdə icra olunur. Həmin layihələrə 8,1 milyon manat güzəştli kredit verilib.

Bundan başqa, hesabat dövründə qurum 5 “yaşıl layihə” üzrə ümumilikdə 1,8 milyon manat güzəştli kredit verib.

Bu il fevralın 1-dən etibarən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi çərçivəsində sahibkarların həmin ərazilərdə icra edəcəyi layihələr üçün bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə zəmanət və subsidiyanın verilməsinə başlanılıb. Həmin tarixdən oktyabrın 1-nə qədər daxil olmuş müraciətlər əsasında 7 layihə üçün bank və bank olmayan kredit təşkilatlarından əldə edilən ümumilikdə 15,7 milyon manat kredit üzrə 12,2 milyon manat zəmanət verilib. Bununla yanaşı, 4,5 milyon manat həcmində subsidiyanın ödənilməsi təsdiqlənib.

COP29

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv