!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

9 boksçumuz yarımfinalda-SİYAHI

!Reklam – Yazi

438720İyunun 23-də “Baku Crystal Hall”da birinci Avropa Oyunlarının boks yarışları davam etdirilib.
Dörddəbir final mərhələsində 51-54, 57-60, 60-64 kiloqram çəki dərəcəsində qadın, 52, 60, 64, 69 və 91 kiloqram çəki dərəcələrində isə kişi boksçular mübarizə aparıblar.

Bu gün Azərbaycanın 2 qadın və 4 kişi boksçusu rinqə çıxıb.

51-54 kiloqram çəki dərəcəsində çıxış edən Anna Əlimərdanova bolqarıstanlı dünya çempionu Stanimira Petrovanı mübarizədən kənarlaşdıraraq yarımfinala keçib.

60 kq çəki dərəcəsində Albert Səlimov da bolqarıstanlıya – Elian Dimitrova qalib gələrək yarımfinala yüksəlib.

64 kq çəki dərəcəsində döyüşən ikiqat Azərbaycan çempionu Kollazo Sotomayor da yarımfinala yüksəlib. Rumıniyalı Daniel Nikulesku ilə qarşılaşmadan 3:0 hesabı ilə qalib ayrılan təmsilçimiz ən azı bürünc medalı təmin edib. Növbəti mərhələdə onun rəqibi Ukrayna idmançısı Viktor Petrov olacaq.

Daha bir boksçumuz azarkeşləri sevindirib. Pərviz Bağırov almaniyalı Abas Baraoudan 3:0 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. Burada o, Böyük Britaniya boksçusu Yoş Kelliyə rəqib olub.

91 kq çəkidə çıxış edən boksçumuz Abdulkadır Abdullayev isə yarımfinala çıxmaq üçün Fransa təmsilçisi Pol Omba qalib gəlib – 3:0.

Xatırladaq ki, ötən gün isə 4 boksçumuz yarımfinala yüksəlməyi bacarmışdı: Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Teymur Məmmədov (81 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq).

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv