9-cu sinif şagirdi balta ilə məktəbə hücum etdi: yaralananlar var – VİDEO

Rusiyada 9-cu sinif şagirdi balta ilə məktəbə hücum edib.

Yenicag.az xəbər verir ki, hadisə Ulan-Ude şəhərində baş verib. Məktəbli balta ilə yeddinci sinif şagirdlərinə xəsarət yetirib. Daha sonra o, sinif otaqlarından birini yandırmağa cəhd göstərib. Hücum nəticəsində 6 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır.

Hadisəni törədən şəxs saxlanılan zaman polislərə müqavimət göstərərək özünü öldürmək istəyib.