Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

9-cu sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

DİM-dən Yenicag.az-a verilən məlumata görə, ümumilikdə 37434 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

İmtahan saat 11:00-da başlayıb.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının birinci mərhələsinin keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 84 imtahan mərkəzi ayrılıb.

İmtahanda 37434 (Bakı şəhəri Yasamal rayonunda 2837, Binəqədi rayonunda 4254, Səbail rayonunda 1544, Xətai rayonunda 3474, Xəzər rayonunda 2836, Nərimanov rayonunda 3131, Suraxanı rayonunda 2713, Sabunçu rayonunda 4820, Nəsimi rayonunda 2374, Qaradağ rayonunda 2170, Nizami rayonunda 2454, Pirallahı rayonunda 386, Naxçıvan Muxtar Respublikasında 3439, Şirvan şəhərində 1002) nəfər 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına 84 ümumi imtahan rəhbəri, 254 imtahan rəhbəri, 2980 nəzarətçi‑müəllim, 221 buraxılışı təşkil edən əməkdaş, 84 bina nümayəndəsi ayrılıb.

www.yenicag.az

6080
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM