ABŞ-da Texas ştatının sakini doqquz dəqiqə ərzində üç cüt əkiz dünyaya gətirib.
Yenicag.az xəbər verir ki, bu barədə yerli xəstəxana “Facebook” sosial şəbəkəsində yazıb. Qeyd olunur ki, qadın 4 oğlan və 2 qız uşağını səhər 04:50 – 04:59 müddəti ərzində dünyaya gətirib.
Xəstəxana nümayəndələri qeyd edir ki, 6 uşağı dünyaya gətirmək şansı 1-in 4,7 milyardadır.
Dünyaya gələn uşaqlar və ana özlərini yaxşı hiss edirlər və həkimlərin nəzarəti altındadırlar./Trend/