!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 gün açıq dənizin ortasında qaldıqdan sonra tapıldılar

!Reklam – Yazi

106511_res_01Avqustun 10-da Pirallahı qəsəbəsindən qanuni icazə ilə dənizə ova çıxmış 4 balıqçı avqustun 19-da gecə saat 2 radələrində açıq dənizdə tapılıb.

Bu barədə virtualaz.org saytına itkin düşmüş balıqçılardan Şahin Ağalarzadənin qardaşı Mirsəmid Ağalarov məlumat verib.

Onun sözlərinə görə, balıqçıların taxta qayıqlarının mühərriki sıradan çıxdığından onlar bu 9 gün ərzində açıq dənizdə qalmağa məcbur olubmuş. Onlar reyddə olan Azərbaycan gəmiləri tərəfindən aşkarlanaraq xilas edilib: “Buna görə rəsmi dövlət orqanlarına ailəmiz adından təşəkkür edirik”.

Xatırladaq ki, itkin düşən balıqçıların 3 gün əvvəl İran İslam Respublikası Sərhəd Xidməti tərəfindən saxlanılması barədə məlumat yayılmışdı. Balıqçıların ailələri həmin məlumatı qeyri-rəsmi mənbələrdən almışdı. Lakin bu məlumatlar rəsmi təsdiqini tapmadı.

www.yenicag.az

507
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv