İndiyə qədər fəaliyyətində korrupsiya hüququ pozuntularına yol verən 9 hakimin fəaliyyətinə xitam verilib, 4-ü isə daha aşağı işə keçirilib.
Yenicag.az-ın məlumatına görə, bunu Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun müdiri Seyfəlpaşa Əliyev deyib.
O bildirib ki, Məhkəmə Hüquq Şurası tərəfindən indiyədək 60-dan çox məhkəmədə monitorinqlər keçirilib:
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmandan indiyə qədər fəaliyyətində korrupsiya hüququ pozuntularına yol verən, süni maneə hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub”.
Onun sözlərinə görə, işlərin elektron bölgüsünün həyata keçirilməsi ilə bağlı 20-dək pozuntu aşkarlanıb və məhkəmə sədrlərinin diqqətinə çatdırılıb. Daha ciddi pozuntularla bağlı isə iki məhkəmə sədri barədə intizam icraaatı başlanılıb”.