9 maşın toqquşdu

79587Gecə saatlarında Moskvada zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Rusiyanın paytaxtı Moskvanın mərkəzində, iki prospektin kəsişməsində 9 maşının iştirakı ilə zəncirvari qəza hadisəsi yaşanıb.
Novokuznetski prospekti ilə Paveletskinin kəsişməsində baş verən toqquşma nəticəsində, “Porsche Panamera”, “Mercedes GLA”, “Volkswagen”, “Skoda Octavia” və bir neçə digər bahalı avtomobillərə zərər dəyib. Xoşbəxtlikdən qəza zamanı avtomobil sürücüləri xəsarət almayıb.
Qəzanın görüntülərini mobil reportyorlardan biri telefonu ilə çəkib.
İlkin məlumatlara əsasən, qəzanın yaranmasına səbəb “Panamera” sürücüsünün işıqforun yaşıl işığının yanmasını gözləməməsi olub.

(anspress.com)