!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 min polis işdən çıxarıldı: Aralarında 116 rəis də var

!Reklam – Yazi

Polis Baş İdarəsinin qərarı ilə sistemdən kənarlaşdırılan 9 min 103 polisin adları açıqlanıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, terror şəbəkəsi FETÖ və “Paralel dövlət” (PDY) təhqiqatı çərçivəsində vəzifədən uzaqlaşdırılan hüquq-mühafizə orqanlarının 9 min 103 əməkdaşından 116-sının polis rəisi, 60-nın polis zabiti, 24-nün polis rəisi, 245-nin rəis, 550-sinin rəis müavini olduğu müəyyənləşib.

Polis orqanlarından açıqlanan məlumata görə, 667 saylı “Fövqəladə vəziyyət rejimində görülən tədbirlərlə bağlı” sərəncamın II maddəsində qeyd olunan və milli təhlükəsizliyə təhdid yaradan FETÖ və PDY ilə bağlı olmaları səbəbindən işdən çıxarılan 116 polis rəisinin 5-i birinci, 14-ü ikinci, 37-si üçüncü, 60-ı isə dördüncü dərəcəli kateqoriyaya mənsubdur.

Birinci dərəcəli polis rəisləri arasında Təftiş Şöbəsi heyətindən Muhsin A, Necmi B. və Hayati Ş., o cümlədən, Xüsusi Təhlükəsizlik-Nəzarət Şöbəsindən Celal Y. və Hacı Bayram K. da var.

Vəzifədən götürülən polis rəisləri Təftiş, Xüsusi Təhlükəsizlik-Nəzarət, Strateji, Koordinasiya, Sağlamlıq, Xüsusi Əməliyyat, Hava və Kriminal şöbələri, Polis Akademiyası və Prezident Administrasiyası Mühafizə İdarəsi, bəzi polis məktəbləri, eyni zamanda, vilayət polis şöbələrində rəis, yaxud müavin vəzifəsində işləyiblər.
Onlardan başqa, 60 polis zabiti, 24 baş komissar, 245 komissar, 550 komissar müavini, 341 baş polis, 7 min 767 polis nəfəri işdən çıxarılıb.

Yeniçağ.Az

www.yenicag.az

645
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv