Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

9 nəfəri 200 yerə parçaladı - Qurbanlarını sosial şəbəkədən seçirmiş

Yaponiyada yaşayan Takahiro Shiraish adlı şəxsin evindən 240 parçadan ibarət 9 insan cəsədi tapılıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkarın sorğu əsnasında verdiyi cavablar polisləri dəhşətə gətirib. O, öz qurbanlarını sosial şəbəkədən seçdiyini və məqsədinin onlara təcavüz etmək və ya öldürmək olduğunu söyləyib.

Əliqanlı qatil “Twitter” sosial şəbəkəsində intihara meyilli şəxsləri taparaq, onlara kömək edə biləcəyini deyirmiş. Polisdə olan məlumata görə, o, 9 nəfəri bu üsulla qətlə yetirib.

Onun sonuncu qurbanı isə polis tərəfindən axtarışa verilib. Həmin şəxsin sonuncu dəfə Takahiro ilə əlaqə saxlaması dəhşətli cinayətlərin üstünü açıb.

Qeyd edək ki, 27 yaşlı qatil öldürdüyü qadınlara təcavüz etdiyini də bildirib.

 

www.yenicag.az

2332
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM