9 yaşlı qızı avtomobil vurdu

400b55cd8dcd7b7f0a2b939ce9488fa2Gədəbəy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Yenicag.az apa-ya istinadən bildirir ki, hadisə bu gün günorta saatlarında rayon mərkəzində qeydə alınıb. Gədəbəy rayonunun Yenikənd kənd sakini, 2006-cı il təvəllüdlü, 3-cü sinif şagirdi Yasəmən Vidadi qızı Hüseynova məktəbdən evə qayıdarkən avtomobil vurması nəticəsində dünyasını dəyişib.

Məlumata görə, iki “VAZ-2107” markalı avtomobil toqquşub, onlardan biri yolun kənarına çıxaraq kənarda dayanan məktəbliyə dəyib, 9 yaşlı aldığı xəsarətdən ölüb.

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.