!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

9 yaşlı Tia.az

!Reklam – Yazi

Bu gün Tribuna İnformasiya Agentliyinin (Tia.az) 9 yaşı tamam olur.

Xatırladaq ki, TİA.AZ 2009-cu il, oktyabırın 6-da fəaliyyətə başlayıb. Həmin dövrdə xəbər portallarının sayı olduqca az idi. Bu, həm də həmin dövrdə Azərbaycanda sosial şəbəkələrdən və internetdən istifadə edənlərin sayının az olması ilə bağlı idi. Lakin TİA.AZ xəbər portal olaraq, qısa zamanda oxucu diqqətini və rəğbətini qazana bildi. Bu illər ərzində TİA.AZ ölkəmizdə və dünyada baş verən müxtəlif siyasi, iqtisadi xəbərlərlə hər zaman dəqiqlik və operativlik nümayiş etdirir. Bu gün Azərbaycan internet məkanında xəbər saytlarının sayı artmaqdadır.

TİA.AZ da bu 9 il müddətində yeniliklərlə oxucuların xəbərə tələbatını ödəməyə çalışıb. TİA.AZ vətəndaş şikayətlərinin araşdırılmasında və cəmiyyəti narahat edən problemlərin işıqlandırılmasındax xeyli işlər görüb. Bundan əlavə mətbuatda, ədəbiyyatda imzası ilə tanınan yazarlarımız da TİA.AZ-la əməkdaşlıq edir. TİA.AZ bu sahəyə yeni gələn yazarlara dəstək olur, onların ilk qələm təcrübələrinə portalımızda yer verir. TİA.AZ-ı ,sonradan məşhur olan bir çox jurnalistlərə təcrübə yığmaq,püxtələşmək üçün bir məktəb də hesab etmək olar.

Bu xəbər portalında çalışan hər bir hər kəsi təbrik edirik!

www.yenicag.az

5664
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv