Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Rusiya fətullahçılarının lideri həbs olundu

84536Rusiya rayon məhkəməsi Gülən Şəbəkəsinin azərbaycanlı liderlərindən Hacıbəy İsmayılovu esktremist materiallar yaydığı üçün 130 min rubl cərimə edib.

Yenicag.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan zaman günahını etiraf edən İsmayılovla razılıq əldə edilib və məhkəmə onun cərimə müqabilində azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.

Qeyd edilir ki, Hacıbəy İsmayılov 1966-cı ildə Azərbaycanda doğulub. Rusiyada öz yaşadığı mənzildə sekta üzvlərini qəbul edib. 2005-ci ildən 2012-ci ilə qədər Ukraynada olub, qayıtdıqdan sonra esktremist fəaliyyətini bərpa edib. Axtarış zamanı qeydiyyatda olduğu evdən minə yaxın dini ədəbiyyat nümunəsi tapılıb. Onun dini ədəbiyyatı Türkiyədən gətirdiyi məlum olub.

www.yenicag.az

250