SOCAR-ın ortağının adının hallandığı İddianamədə şok detay – FOTOLAR -“Yardım pulundan sələmçilikdə istifadə ediblər”

2332Konya Cumhuriyyət Baş Prokurorluğu tərəfindən qəbul edilən “Paralel Dövlət Şəbəkəsi” iddianamədə “Himmət, zəkat, camaata yardım, təqaüd” kimi adlarla toplanan pulların maddi çətinlik içində olan ticarətçilərə, maşın alış-verişi kimi göstərilərək, faizlə verildiyi qeyd olunub.

Aralarında SOCAR GAS-ın ortağı, Gülənin gizli prensi sayılan Fəttah Tamincə, Konyanın sabiq polis rəisi Mehmet Salih Tuzcu, Bingöl sabiq polis rəisi Ercan Taştekin, Mevlana Üniversiteti rektoru Prof. Dr. Bahattin Adamın da olduğu 74 şübhəli haqqında hazırlanan iddianamədəki bəzı detallar, örgütün necə pul əldə etdiyini ortaya qoyub.

İddianamədə ifadəsi alınan İbrahim Azman Fətullahçı Terror Örgütünün “himmət, zəkat, camaata yardım, təqaüd” kimi adlarla toplanan pulların sələmçilərə verilərək, işlədildiyini faktlarla ortaya qoyub. O, dostunun sələmçi ilə problemini polisə şikayət etdikdən sonra Camaatın “ağır abilər”inin ona müraciət edərək, yenidən anlaşa biləcəkləri xahişini etdiklərini söyləyib: “O pul Camaatındır, yetər ki, batmasın”.
Haqqında danışılan Hüseyn Tırpan sələmçini polisə şikayət etdikdən sonra Gülənin Konya imamının ona zəng edərək, “şikayətini geri götür” deyə təzyiq etdiyini bildirib.

İddianamədə Gülən Örgütünün iş adamlarından yardım, zəkat, qurban və himmət parası adı altında pul topladıqları, bu prosses zamanı insanların dini inanclarından sui-istifadə edildiyi, alınan pul müqabilində qəbz verilmədiyi, toplanan pulun göndərildiyi ünvanın tam olaraq bəyan olunmadığı qeyd olunub.

09semaİddianamədə qeyd olunub ki, “Örgüt Fətullah Gülənə bağlı Təyin Heyəti, Məsləhət Şurası, Mollalar Qrupu və Məclis kimi üst qurumlar tərəfindən idarə olunur. Məclisdə alınan qərarlar silsilə yolu ilə ən aşağı mərtəbələrə qədər bildirilir. Verilən təlimatlar Şəbəkə içində yer alan dünya imamı, coğrafi bölgə imamı, ölkə imamı, bölgə imamı, şəhər imamı, rayon imamı, qəsəbə-kənd imamı, səmt imamı, məhəllə imamı, ev imamı, ser rəhbərlər, tərbiyyəçilər, müəllimlər, şagirdlər və digər camaat üzvlərinə silsiləvi və gizli şəkildə çatdırılır.

himmet-paralariyla-tefecilik-h1438800219Qeyd edək ki, iddianamədə adı çəkilən Fəttah Tamincə 11 oktyabr 2012-ci ildə qurulan SOCAR Gaz Ticareti A.Ş.-nin ortağı olan CIĞ Enerjinin iki ortağından biridir. Şirkətin rəsmi saytında (www.socargas.com) bu barədə yazılır: Azerbaycan Devlet Petrol Şirketi’nin (State Oil Company of Azerbaijan Republic – SOCAR) Türkiye iştiraki olan SOCAR Turkey Enerji A.Ş. ve CIG Enerji ortaklığında kurulan SOCAR Gaz Ticareti A.Ş., 07/06/2010 tarihinde Azerbaycan ile Türkiye arasında imzalanan milletler arası anlaşma gereğince, 1 Ocak 2013 tarihi itibarıyla, Türkiye’de yıllık 1.2 milyar m3 doğal gaz satışına başlamıştır”.

09sema2

Azerinfo.org