Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

905 min dollara kompüter

82015“Apple-1” kompüterlərinin birinci partiyasından bir nüsxə Nyu-Yorkda Bonhams hərracında 905 min dollara satılıb.

Nadir qurğu 50 “Apple-1” kompüterindən biridir. Sözügedən kompüter 1976-cı ilin yayında Stiv Cobsun ailəsinin qarajında “Apple”ın həmtəsisçisi Stiv Voznyak tərəfindən yığılıb. “Apple-1” istifadəçiyə quraşdırılmış formada tədarük edilən birinci kompüter olub və buna görə fərdi kompüter (FK) bazarında inqilab edib.

Kompüter işlək vəziyyətdə satılıb. Hərrac evi qurğunun 300-500 min dollara satılacağını gözləyirdi, amma yekun qiymət proqnozlardan çox olub. Alıcının kimliyi açıqlanmayıb.

Stiv Cobs və Stiv Voznyak “Apple-1” kompüterini hazırladıqda bu qurğu alıcılar arasında böyük səs-küy yaratmayıb. Amma “Byte Shop Pol” elektronika mağazasının sahibi sahibkarlardan 50 kompüterdən ibarət partiya sifariş edərək hər birini 666,66 dollar qiymətinə satıb. Bundan sonra Cobs və Voznyak daha 150 kompüter yığaraq dost və başqa mağazalara satıblar.(qafqazinfo.az)

www.yenicag.az

244