!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

91 yaşdan 31 ilədək... - Azərbaycanın təhsil sistemindəki rektorlar - Siyahı

!Reklam – Yazi

Azərbaycanda fəaliyyət göstərən bir çox ali təhsil müəssisələrinin rektorlarının yaşları və vəzifədə olduğu müddət açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə siyahını təhsil eksperti Kamran Əsədov təqdim edib.

Siyahıdan görünən budur ki, ölkədə ən yaşlı rektor Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur. 91 yaşlı rektor 2000-ci ildən etibarən vəzifədədir.

Ən cavan rektor isə İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyevdir. Onun 43 yaşı var. Rektor kimi 2015-ci ildən etibarən fəaliyyət göstərir.

1) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Rektor Mustafa Baba oğlu Babanlı. 50 yaş. 2015-ci ildən. 3 ildir.
2) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Rektor Urxan Kazım oğlu Ələkbərov. 75 yaş. 2011-ci ildən. 7 ildir.
3) Azərbaycan Tibb Universiteti. Rektor Gəraybəyli Gəray Çingiz oğlu. 51 yaş. 2016-cı ildən. 2 ildir.
4) Azərbaycan Dövlət İqtisad Universiteti. Rektor Ədalət Cəlal oğlu Muradov. 56 yaş 2014-cü ildən. 4 ildir.
5) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Rektor Fərəh Şirməmməd qızı Əliyeva. 57 yaş. 2014-cü ildən. 4 ildir.
6) Azərbaycan Dillər Universiteti. Rektor Abdullayev Kamal Mehdi oğlu. 68 yaş. Bakı Slavyan Universitetinin rektoru (2000-2014), 2017-ci ildən. 1 ildir. (Ümumi 15 ildir rektordur)
7) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Rektor Fuad Hacıyev. 64 yaş. 2015-ci ildən. 3 ildir.
8)Azərbaycan Dövlət Aqrar Universiteti. Rektor İbrahim Həsən oğlu Cəfərov. 62 yaş. 2013-cü ildən. 5 ildir.
9) Azərbaycan Memarlıq və İnşaat Universiteti. Rektor Gülçöhrə Məmmədova.65 yaş. 1999-cu ildən. 19 ildir.
10) ADA Universiteti. Rektor Hafiz Mir-Cəlal oğlu Paşayev.77 yaş. 2006-cı ildən. 12 ildir.
11) Azərbaycan Turizm və Menecment Universiteti. Rektor İlham İsa oğlu Mədətov. 66 yaş. 2017-ci ildən. 1 ildir.
12) Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Rektor Ömər Həsən oğlu Eldarov. 91 yaş. 2000-ci ildən. 18 ildir.
13) Azərbaycan Milli Konservatoriyası. Rektor Siyavuş Əşrəf oğlu Kərimi.64 yaş. 2001-ci ildən. 17 ildir.
14) Azərbaycan Dövlət Pedaqoji Universiteti. Rektor Cəfər Məmməd oğlu Cəfərov. 58 yaş. 2016-cı ildən. (2006-2016-cı illər Azərbaycan Turizm və Menecment Universitetinin rektoru) Ümumi 12 ildir.
15) Bakı Dövlət Universiteti. Rektor Abel Məmmədəli oğlu Məhərrəmov. 68 yaş. 1999-cu ildən. 19 ildir.
16) Bakı Ali Neft Məktəbi. Rektor Qasımov Elmar Eldar oğlu.45 yaş. 2012-ci ildən. 6 ildir.
17) Bakı Mühəndislik Universiteti. Rektor Məmmədov Havar Əmir oğlu. 73 yaş. 2017-ci ildən.(2000- 2016-cı illər Azərbaycan Texniki Universitetinin, 2016-2017-ci illərdə Qafqaz Universitetinin rektoru). Ümumi 18 il.
18) Bakı Slavyan Universiteti. Rektor Əliyeva Nurlana Müzəffər qızı.72 yaş. 2016-cı ildən (1990-2016-cı illərdə zərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru). 2 ildir.
19) Bakı Musiqi Akademiyası. Rektor Fərhəd Şəmsi oğlu Bədəlbəyli. 71 yaş. 1991-ci ildən. 27 ildir.
20) Bakı Xoreoqrafiya Akademiyası. Rektor Əfəndiyev Timuçin İlyas oğlu. 73 yaş. 2014-cü ildən (1987- 2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru). Ümumilikdə 31 ildir.
21) Milli Aviasiya Akademiyası. Rektor Arif Mir Cəlal oğlu Paşayev. 84 yaş. 1996-cı ildən. 22 ildir.
22) Gəncə Dövlət Universiteti. Rektor Yusifov Yusif Əmiralı oğlu. 67 yaş. 2014- cü ildən. 4 ildir.
23) Naxçıvan Dövlət Universiteti. Rektor Məhərrəmov Saleh Heydər oğlu. 53 yaş. 2013-cü ildən. 5 ildir.
24) Sumqayıt Dövlət Universiteti. Rektor Hüseynov Elxan Bahadur oğlu. 70 yaş. 2014-cü ildən. 4 ildir.
25) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı. Rektor Paşayeva Nərgiz Arif qızı. 56 yaş. 2008-ci ildən. 10 ildir.
26) İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı. Rektor Əziz Cəmil oğlu Əliyev. 43 yaş. 2015-ci ildən. 3 ildir.
27) Azərbaycan Texnologiya Universiteti. Rektor Süleymanov Akif Şamil oğlu. 67 yaş. 2013-cü ildən. 5 ildir.

www.yenicag.az

2034
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv