!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"9111" ittihamlara cavab verdi: "Məqsədləri şirkətimizin imicinə zərbə vurmaqdır"

!Reklam – Yazi

Bakıda taksi xidməti ilə məşğul olan “9111” şirkəti ilə bağlı son günlər mətbuatda bəzi xoşagəlməz məlumatlar yayılır.

Yenicag.az-a açıqlama verən sözügedən şirkətin Marketinq Şöbəsinin müdiri Kristina Yaşına yayılan məlumatları təkzib edərək, bunların heç bir əsası olmadığını bildirib:

“Son vaxtlar istər mətbuatda, istərsə də sosial mediada şirkətimizlə bağlı xoşagəlməz yazılara rast gəlirik. Biz də yaxşı anlayırıq ki, məqsədləri şirkətimizin imicinə zərbə vurmaqdır. Əvvəlcə onu qeyd edək ki, mətbuatda yayılan ermənin adına “qeyd olunmuş” küçə bizim naviqasiya sisteminə aid deyil. Məlumatı daha öncə də təkzib etməyimizə baxmayaraq, hələ də bizə yönəlik sifarişli yazılar dayanmaq bilmir. Ancaq bundan sonra şirkətimizə yönəlik hücumlara göz yuman deyilik, haqqımızı hüquq müstəvisində, məhkəmə qarşısında tələb edəcəyik. Onu da bildirim ki, ümumiyyətlə, bir çox taksi xidməti ilə məşğul olan şirkətlər “Google Map”a aid olan sistemlə işləyir”.

Yaşina açıqlamasında digər bir məsələyə də münasibət bildirib:

“Mətbuatda yayılan məlumata görə, guya bizim şirkətə iş üçün müraciət edən sürücülərin qarşısına qəribə tələblər qoyuruq. İddia olunur ki, biz onlardan müştəri ilə yalnız və yalnız rus dilində danışmasını tələb edirik. Bu əsassızdır və təkzib edirik. Biz öz dövlətimizi də, dilimizi də sevir, ona hörmətlə yanaşırıq. Bu xəbər də “Caspian Nav Tel”in rəhbəri Rizvan müəllimin təxəyyülünün məhsuludur. Çünki bizimlə əməkdaşlıq etmək istəyən sürücülərdən biri “Caspian Nav Tel”ə yaxınlaşarkən, məqsədli şəkildə sürücünün müsahibədə demədiyi sözləri onun adından mətbuata ötürüb. Sürücünün özü də bu cür əsassız cümlələrin müəllifi olmadığını bizimlə söhbətində bildirib”.

www.yenicag.az

3869
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv