!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

91543 abituriyent sənədini təsdiqlədi

!Reklam – Yazi

2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 91543 nəfər abituriyent sənəd verərək ərizəsini təsdiq etdirib.

Yenicag.az-ın məlumatına görə, ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə 72821 abituriyent elektron qaydada ərizə verib.

Onların çoxu I ixtisas qrupu üzrə sənəd verənlərdir.

İndiyədək I ixtisas qrupu üzrə 30917, II ixtisas qrupu üzrə 14180, III ixtisas qrupu üzrə 22568, IV ixtisas qrupu üzrə 5156 abituriyent ərizə verib.

Ərizə verənlərin 66686 -i Azərbaycan, 6135 nəfəri isə rus bölməsi üzrə təhsil almaq istəyir.

V ixtisas qrupu üzrə qeydiyyatdan keçən abituriyentlərin sayı 57635, orta ixtisas təhsili səviyyəsi (11 illik orta təhsil bazasında) üzrə qeydiyyatdan keçənlərin sayı 60710 nəfər təşkil edir.
Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi (DİM) mayın 12-dən 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam 11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbuluna başlayıb. Ərizə qəbulu iyunun 9-da 23.59-da başa çatıb. Ərizələrini təsdiq etməyən abituriyentlər qəbul üçün keçirilən müsabiqəyə buraxılmayacaqlar.

I-IV ixtisas qruplarının biri üzrə imtahanda iştirak etmiş abituriyentlər, eyni zamanda, V ixtisas qrupu üzrə müsabiqədə (qabiliyyət imtahanında müvəffəqiyyət qazanmaq şərti ilə) iştirak edə bilərlər.

www.yenicag.az

486
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv