92 min manat mənimsəyən AMEA əməkdaşlarına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Cinayət Məcəllsinin 179.3.2-ci (mənimsəmə- külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxslər- Hüseynov Səbuhi Abil oğlu və onun həyat yoldaşı İsayeva Gülüstan Zülfü qızının məhkəmə prosesində hökm oxunub.

Yenicag.az-ın məlumatına görə, təqsirləndirilən şəxslər son sözlə çıxış ediblər. Hər iki şəxs məhkəmədən bəraət istəyiblər. Sonra hakimlər müşavirə otağına gedib gəldikdən sonra Səbuhi Hüseynova 5 il 6 ay cəza istəyib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq etməklə Səbuhi Hüseynova 2 il sınaq müddəti olmaqla cəza təyin edib. Başqa yerə getməmək qətimkan tədbiri dəyişdirilib. Hakim Azad Məcidov Gülüstan İsayevaya da 5il 6 ay cəza istəyib. Cinayət Məcəlləsinin 70-ci maddəsi təyin edilməklə 2 il sınaq müddəti təyin edilib. 313-cü maddənin müddəti keçdiyinə görə xitam verilib.

Qeyd edək ki, Səbuhi Hüseynov Azərbaycan Milli Elmlər Akademiyasında elmi işçi, onun həyat yoldaşı Gülüstan İsayeva isə kadrlar şöbəsinin müdiri olub. Onlar Qarabağda tədqiqat aparılması məqsədilə ayrılmış vəsaitlərin 92 min manatını mənimsəməkdə ittiham olunurlar.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

COP29