Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

92 yaşlı qadın 102 yaşlı otaq yoldaşı tərəfindən öldürüldü

Fransanın Aisne şəhərində 92 yaşlı qadın 102 yaşlı otaq yoldaşı tərəfindən öldürülüb.

Yenicag.az xəbər verir ki, Fransa yerli mediasında yer alan xəbərlərə görə, Fransanın Aisne şəhərindəki Qocalar evinin birində təmizlikçi qadın otağa girdikdə 92 yaşlı qadının öldüyünü görüb.

Hadisə yerinə gələn polislər yaşlı qadının üzündə zərbə izlərinin olduğunu görərək, cəsədin tibbi ekspertizadan keçirilməsinə qərar veriblər. Tibbi ekspertizada isə məlum olub ki, yaşlı qadının ölüm səbəbi üzünə endirilmiş zərbələrdir.

Bütün şübhələrin 92 yaşlı qadının yaşlılar evində otaq yoldaşı olan Fredrik Trinndə cəmlənməsi nəticəsində 102 yaşlı qadın xəstəxanada nəzarət altına alınıb.

Polisin ilkin rəyi qadının cinayəti törədərkən demans tutması təsirində olması yönündədir.

www.yenicag.az

2252