“Büyükfırat”dan jurnalistlərə böyük endirim

xie714t5vO2lSabah Azərbaycan mətbuatının 140 illiyi tamam olur. Şübhəsiz ki, 140 ildən bəri fəaliyyət göstərən Azərbaycan mətbuatına ən böyük dəstək Azərbaycan Prezidenti İlham Əliyev cənablarının diqqət və qayğısıdır. Ulu Öndərimiz Heydər Əliyevin təməlini qoyduğu Güclü Azərbaycanın Prezidenti mətbuatın ən böyük dostudur.

Azərbaycanda 20 ilə yaxın fəaliyyət göstərən “BÜYÜKFİRAT” Restoranlar Şəbəkəsi də daim mətbuata diqqətlə yanaşmış, hər zaman əməkdaşlıqdan məmnun olmuşdur. 140 il münasibətilə yalnız KİV nümayəndələri üçün yeni bir kampaniyaya start verdiyimizi də bildirmək istərdik.

Belə ki, 22 iyul tarixindən etibarən bütün media nümayəndələri (TV əməkdaşları da daxil olmaqla) “BÜYÜKFİRAT” Restoranlar Şəbəkəsində 20 % endirimlə istədikləri yeməyi sifariş edə biləcəklər.

Bunun üçün sadəcə vəsiqə təqdim etmələri kifayətdir.

Kampaniyanın müvəqqəti bitiş tarixi 31 dekabr 2015-ci ildir.