Qaziantepdə baş verən zəlzələ zamanı zirzəminin altında qalan 17 yaşlı Adnan Məhəmməd Qorqud 5 gün sonra xilas edilib.
Yenicag.az xəbər verir ki, gəncin vəziyyəti yaxşı olsa da, onun söylədikləri, sağ qalma mücadiləsi bütün Türkiyəni qəhərləndirib.
O dağıntılar altından çıxarılan kimi, “Yaxşıyam, həyatda qalmaq üçün öz sidiyimi içdim”, – sözlərini işlədib.
Adnan dərhal xəstəxanaya çatdırlıb. Hal-hazırda vəziyyəti stabildir. Gəncin valideynləri də dağıntılar altından xilas edilib.