Tülkü həccə gedir: AzTv-nin sədr müavini İbrahim Məmmədlinin iç üzü

e48K0F90555zHər hansı bir şəxsin siyasi baxışlarında müəyyən dəyişikliklərin olması bizim cəmiyyətdə təbii qarşılanır. Siyasi proseslərin gedişindən, sosial statusun dəyişməsindən asılı olaraq, belə halların baş verməsi mümkündür. Amma adətən siyasi mövqeyini dəyişən insanlar fəaliyyətlərində kecmişlərini nəzərə alır, riyakar görünməkdən qorxurlar.

Siasi əqidəsini vaxti ilə dəyişən, AzTv nin sədr müavini İbrahim Məmmədli son günlər Dövlət Televiziyasının sədri Arif Alışanova və bütövlükdə dövlət strukturlarının rəhbərlərinə qarşı sanki müharibə elan edib. İ.Məmmədli sözün əsl mənasında AzTv kimi bir qurumda sanki bir intriqa yuvası yaradıb. Əslində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti barədə qalmaqallı yazıları özünün köhnə cəbhədə calışdığı kecmiş həmkarları vasıtəsiylə mətbuata öturən İ.Məmmədli Dövlət Televiziyasının sədri,millət vəkili Arif Alışanov haqqında mənfi rəy formalaşdırmağa calışır.Sədrin ünvanına yalan dolu iftiraları və onun işlətmədiyi ifadələri şişirdərək bir növ cəmiyyətdə nüfuz sahibi olan və dövlətciliyə xidmət edən Arif Alışanovu gözdən salmağa cəhdlər edir. Əslində İ.Məmmədlinin tabeçiliyində olduğu vəzifəli səxsə qarşı belə çirkin oyunların aparması ən azından riyakarlıqdır. Ya da özündən razı qalmasıdır.

Bizə çox da uzaq olmayan yaxın tarixlərdə “Azadlıq” qəzetinin demək olar ki, hər nömrəsində müasir Azərbaycan dövlətinin qurucusu və memarı olan Heydər Əliyev və onun komandası haqqında ən çirkin və qərəzli yazıların müəllifi olan İbrahim Məmmədlinin kecmişinə bir nəzər salaq. Oxuculara maraqlı olsun deyə onun məqalələrindən bəzi qeydlərini təqdim edirik.

Azadlıq qəzeti 17 mart 1999-cu il

Heydər Əliyevin dostları yoxdur.

Nizami Qocayevin həbsi siyasi duruma,qüvvələr balansına bir necə mərhələdə təsir göstərib.Murtuz Ələsğərovun mövqelərinin bütövlükdə siyasi səhnədə zəifləməsi onu formalaşdırmaq istədiyi yeni komanda ücün də gərəksizləşdirib.Və nə qədər təəccüblü görünsə də, M.Ələsgərovun mövqelərinin zəifləməsi qohumu Nurəddin Mustafayevin imkanlarını genişləndirib.Özünün təkzib etməsinə baxmayaraq ,onun spiker ücün yeni siyasi komanda formalaşdırması haqda məlumatlar yayılmaqdadır.

Hakimiyyət daxilindəki informasiyalı mənbənin bildirdiyinə görə M.Ələsgərov indi əvvəllər rəhbərlik etmək iddiasında olduğu yeni komandaya hec olmasa Konstitusiya Məhkəməsinin sədri kimi daxil olmaq arzusundadır.Həm də təkcə özü ücün deyil,oğlu Fuad Ələsgərova da perspektivdə mövqelər təmin etmək niyyətindədir.

Güman etmək olar ki,dövlət strukturlarındakı iyerarxiya nərdivanında ikinci yeri tutmağa nail olmuş şəxsin sonrakı yerlərə yuvarlanması da onun ücün psixoloji problemlər yarada bilər.Nəhayət 0,ailə üzvü sayılan N.Qocayevin həbsxanada olmasını H.Əliyevə bağışlaya bilərmi?Onun Kalininsayağı sadiqliyi böyük sübhə doğurur.Elə H.Əliyevin də zərbə vurduğu səxsi yaxınlıqda saxlamaq taktikasına üstünlük vürəcəyi ehtimalı azdır.

***

Azadlıq qəzeti 13-15 mart 1999-cu il

Gecikmış həbsin siyasi motivləri

Prokurorluq müstəqil olmadığını bir daha nümayiş etdirdi.Müxtəlif cinayət hadisələrində adı coxdan hallanan Daxili İşlər Nazirliyi İstintaq İdarəsinin rəisi Nizami Qocayev məhz indi həbs olundu.Həbs ücün secilmiş məqam H. Əliyevin siyasi kursuna daha cox xidmət edir.Spiker Murtuz Ələsğərovun H.Əliyevin xəstəliyindən yararlanaraq hakimiyyət icərisində hakimiyyət farmalaşdirmaq cəhtləri haqda məlumatlar yayılmaqdadır.Və güman edilir ki,Nizami Qocayevin ötən il deyil məhz,indi həbs edilməsi də Murtuz Ələsgərovun “vurulması” prosesinin davamı deməkdir.

Artıq H.Əliyevin hakimiyyət rıcaqlarına təsirinin azalması Ramiz Mehdiyevin də ondan uzaqlaşmasına səbəb olub.Murtuz Ələsgərova müstəqil siyasi komanda formalaşdırmaq işində dəstək verənlər sırasında Ramiz Mehdiyevin də adı hallandırılır.Hətta müvafiq dairələrdə arasdırılan bəzi ehtimallara əsasən,R.Mehdiyev Təhlükəsizlik Şurasının Nizami Qocayevin də məsələsinin müzakirə edildiyi iclaslardan informasiyanı kənara cixarmaqla onun həbsinə mane olurmuş.Digər məlumatlara görə Təhlükəsizlik Şurasının yığıncaqlarının steneoqramı bir sutkadan gec olmayaraq eks spiker,hazırda Hyu-Yorkda yaşayan Rəsul Quliyevə də catdırılır.Güman etmək olar ki, bütün bunlar dövlət başcısının Ramiz Mehdiyevə inamını tükəndirib.H.Əliyevin R Mehdiyevə inamının az olması haqda əvvəllər də söz-söhbət dolaşırdı.
***

Azadlıq qəzeti 5 mart 1999-cu il

İlham Əliyev atasının kölgəsindən cixa biləcəkmi?

Müstəqil siyasətci kimi səhnəyə daxil olmaq ücün müxalifət məşəqqətlərindən kecmək lazımdır.

Gənclərin 2-3 mart umumrespublika forumundan cıxarılan əsas nəticə yenə də Heydər Əliyevin varislik planlarıyla bağlıdır.Ənənənin xilafına olaraq ,iştirakcılar diqqəti cəkən siyasi cıxışı H.Əliyevdən deyiı,İ.Əliyevdən eşitməli oldular. İ.Əliyev müxalifətin tənqidinə xüsusi yer ayıraraq siyasi mübarizədə əsas fiqur olmaq istəyini və siyasi lider mövqelərinə cıxdığını nəzərə carpdırıb.Əksinə H.Əliyev öz cıxışında siyasi rəqiblərə ünvanlanmış hec bir şey deməyib.Güman etmək olar ki,bu amil böyük Əliyevin öz siyasi mövqelərini tədricən kicik Əliyevə verməsini n əsas göstəricilərindəndir.Ehtimal olunur ki,o bununla H.Əliyev –müxalifət mübarizəsini İ.Əliyev-müxalifət müstəvisinə kecirməyə calışır.

Elə bütövlükdə gənclər forumunun kecirilməsi də İ.Əliyevlə gənc nəslin birliyi atmosferinin yaradılmasına xidmət edir.İ.Əliyevin müxalifət haqqinda danışarkən “biz gənclər buna yol vermərik” deməsi də onun,daha doğrusu H.Əliyevin İ.Əliyevi yeni nəslin liderinə cevirməsi planlarından xəbər verir.

Belə görünür ki,dövlət başcısı İ.Əliyevi gənc nəslin lideri kimi təqdim etmək ücün təkcə təbliğatla kifayətlənmək niyyətində deyil.H.Əliyev gənclərin dövlət strukturlarında təmsil olunmasının tərəfdarı olduğunu deməklə cox güman ki,”özünü yaxsı aparanlara vəzifə də veriləcək ” fikrini dolayısı ilə istirakcılara catdırmaq istəyib.Ancaq hadisələrin axını göstərir ki,H.Əliyev dövlət başcısı kimi öz öğlunun varisliyini təmin etməyin mümkünsüzlüyünü qəbul edir.

H.Əliyevin kölgəyə cəkiləcəyi və İ.Əliyevin ön plana cıxacağı təqdirdə belə kicik Əliyev ücün müstəqil siyasətci olduğunu ictimai fikrə yeritmək cətin olacaq.

***

Azadlıq qəzeti 30 aprel 1999-cu il

Siyasi mübarizənin yeni dövrü başlanır.
Ölkə getdikcə daha cox sosial problemlər məngənəsində boğulmağa başlayır.Artıq sosial problemlər sadə adamların gündəlik gayğısından tədricən siyası partiyaların prioritet problemlərinə cevrilməkdədir.İndi hakimiyyət nümayəndələri özlərinin müxalifətdən olan opponentlərinin Qarabağ münaqişəsinin həlli və sosial böhran mövzusuna dair hücumları qarşısında zəiflik göstərirlər.Bu iki hədəfə hücum müxalifət ücün daha asan başa gələn və paralel olaraq hakimiyyətin zəifliyinin aşkar müşahidə edildiyi faktlardır.

***

Azadlıq qəzeti 6 fevral 2001

AXCP-yə güclü parlament lazımdır.

Hökumətin parlamentə hesabat verməsini anti-korrupsiya proqramının tərkib hissəsi kimi beynəlxalq maliyyə institutları da tələb edə bilərlər.Ancaq prezidentin sonuncu hadisə kimi Neft Fondunu parlamentə etibar etməməsi və öz nəzarətində saxlaması belə deməyə əsas verir ki,o,parlamentlə nəyisə bölüşmək niyyətində deyil.

***

Vaxtı ilə gəzet manşetlərində radikal müxalıfətci kimi bu iqtidari daima tənqid atəşinə tutan,dövlət başcısı və onun komandası haqqında qərəzli yazıların müəllifi olan İbrahim Məmmədlinin Dövlət Televiziyasında hamiya meydan oxuması başa düşülən deyil. Yenə də öz müxalifətci həmkarlarına sadıq olan İ.Məmmədli məhz bu iqtidarın dönəmində vəzifə pillələrinə yiyələnmək naminə iqtidarın sadiq komandasıyla mübarizə aparır.

Bu iqtidar onsuz da İ.Məmmədlinin layiq olmadığı yaxşılığı edibsə onda bu şəxs niyə riyakarlıq edərək öz ambissiyalarından əl cəkmir? Bu sualın bir cavabı var! İnsanlara yaxşılığı qandığı qədər etmək lazımdır. Əslində belə saxta və riyakar insanları ifşa etməklə cəmiyyətdən təmizləmək lazımdır. Bir də satqınlıq edən insanlara qayıtmaq lazım deyil. Cünki onlar xasiyyətini dəyişən deyillər. Məşhur “Qatır Məmməd” filmindəki Göyüş kişiylə Məmmədin dialoqunda deyildiyi kimi Əzizə cox da inanma Məmməd! Necədə olsa o sovet zabitidir. İndi İbrahim Məmmədli də satqın Əzizin müasir variantıdır(7news).