Mədəniyyət Nazirliyi Arif Quliyevin MƏZARDAŞI HAQQINDA: “Pulumuz yoxdur” – VİDEO 

Mərhum xalq artisti Arif Quliyevin məzardaşının hazırlanması üçün maddi imkanı olmayan ailəsi Mədəniyyət Nazirliyindən dəstək gözləsə də, bu, mümkün olmayacaq.

Nazirlikdən Yenicag.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mədəniyyət Nazirliyinin büdcəsində bu istiqamətdə vəsait nəzərdə tutulmayıb.

Qeyd edək ki, aktyorun ailəsi saytımıza açıqlamasında maddi imkansızlığa görə Arif Quliyevin məzardaşını hazırlaya bilmədiklərini və bunun üçün Mədəniyyət Nazirliyindən dəstək gözlədiklərini bildirib.

Qeyd edək ki, aktyorun sənət dostu Natiq Fərzəliyev də saytımıza aıqlamasında bu barədə məlumat verib. O, mərhum xalq artistinin məzardaşının düzəldilməsi üçün ailəsinin maddi durumunun buna imkan vermədiyini bildirib.

Xatırladaq ki, xalq artisti Arif Quliyev Qaradağ rayonu “Qurd qapısı” qəbiristanlığında dəfn olunub. Ölümündən 40 gün keçməsinə baxmayaraq, aktyorun məzardaşı daşı hələ də hazırlanmayıb.

Cəvahir