Vaçaqan Qazaryan həbs edildi

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın sabiq mühafizə xidmətinin rəisi Vaçaqan Qazaryan həbs edilib.

Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bundan əvvəl Qazaryan vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə amnistiyaya məruz qalıb.

Qeyd edək ki, V. Qazaryan 5 il öncə iyunun 25-də bankdan çıxarkən saxlanılıb. Onun əlindəki çemodandan 120 000 dollar və 436 000 000 dram tapılıb.

Eləcə də həmin zaman Vaçaqanın evində də axtarış aparılıb və 1 750 000 dollar aşkarlanıb.

COP29