Gürcüstanda 15-ci şəxsdə koronavirus təsdiqləndi

Gürcüstanda koronavirusun təsdiqləndiyi halların sayı 15-ə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda verilib.

Bildirilib ki, karantində 141, stasionar nəzarətdə isə 51 nəfər saxlanılır.

Koronaviruslu pasiyentlərin ikisinin vəziyyəti nisbətən ağır qiymətləndirilir./Report/