!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Koronavirusa qarşı mübarizədə AZƏRBAYCAN MODELİ: Hökumət bütün zəruri addımları atır

!Reklam – Yazi

Dünyanı təhdid altında saxlayan və artıq pandemiya miqyası alan koronavirus əleyhinə Azərbaycanda görülən tədbirlər vətəndaşlar tərəfindən tam anlayışla qarşılanır.

Koronavirus təhlükəsinin gücləndiyi bir şəraitdə dünya ölkələrinin bir çoxunda artıq fövqəladə vəziyyət elan olunub, ciddi məhdidlaşıdırıcı tədbirlər həyata keçirilməkdədir. Əksər ölkələr öz sərhədlərini giriş-çıxış üçün bağlayaraq, təhlükənin sovuşmasını gözləməkddədirlər.

Bütün bunlarla müqayisədə Azərbaycanda da koronavirusa yoluxma hallarının qeydə alınmasına baxmayaraq, ölkəmizdə hər hansə ajiotaj müşahidə edilmir. Əhali bu çərçivədə rəsmi məlumatlara etimadla yanaşaraq, öz soyuqqanlılığını qoruyur və təşvişə qapılmır.

Eyni zamanda, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda “qıtlıq riski” altında supermarketlərdə alıcı axını yoxdur. İstənilən ticarət mərkəzində bütün çeşidlər üzrə məhsul bolluğu tam təmin olunub, apteklərdə zəruri preparatların satışı adi qaydada həyata keçirilir.

Azərbaycanda martın 14-dən tətiq olunmuş xüsusi rejim şəraitində elan olunmuş məhdudlaşdırıcı addımlara vətəndaşlar tərəfindən ciddi surətdə riayət edilir. İnsanlar koronavirus əleyhinə hələ ki dərman tapılmadığının fərqindədirlər və ona görə də hər kəs təhlükəli virusdan qorunmaq üçün maksimum ehtiyatlı davranmağın vacibliyini başa düşür.

Yaranmış şəraitdə əlbəttə ki, diqqət və qayğıya ehtiyacı olan, immunitet sistemi zəifləmiş yaşlı insanların qorunmasına həssaslıqla yanaşmalı, onların küçələrə çıxmamaları üçün həmin insanlara tələb olunan səviyyədə kömək göstərilməlidir.

Koronavirus təhlükəsinin azaldılması üçün orta və ali məktəblərdə tədrisin dayandırılması, o cümlədən, dövlət müəssisələrində və özəl sektorda xüusi iş rejiminə keçilməsi virus təhdidinin azaldılmasında mühüm rol oynayır. Bu məsələni daim diqqətdə saxlayan hökumət vətəndaşları qorxunc virusa yoluxmaqdan qorumaq üçün ardıcıl fəaliyyət göstərir.

Bu vəziyyətdə təbii ki, insanların da üzərlərinə müəyyən işlər düşür. Yəni müvafiq dövlət qurumlarının ictimai nəqliyyat vasitələri və müəyyən obyektləri daim dezinfeksiya etməsi fonunda insanların da öz evlərində və iş yerlərində analoji profilaktik tədbirlər görmələri lazımdır.

İndiki vəziyyətdə ölkə xaricində olan və artıq ölkəyə qayıdan Azərbaycan vətəndaşları da diqqətdən kənarda qalmayıblar. Onların arasında virusa yoluxma hallarının olub-olmadığını müəyyənləşdirmək üçün həmin vətəndaşlar xəstəxanalarda dövlət hesabına yaradılmış xüsusi palatalara yerləşdirilirlər və iki həftə müalicə kursu keçirlər.

Ən əsası, yaranmış situasiyada əhali Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tövsiyə və məlumatlarına etimadla yanaşır, ölkədə vəziyyətin tam nəzarət altında olduğuna şübhə etmir.

Qeyd edək ki, artıq sabahdan etibarən, Azərbaycan Novruz Bayramı ilə əlaqədar tətillər başlayacaq. Bu günlərdə vətəndaşlarımızın daha diqqətli olmalarına və həkim tövsiyələrinə müntəzəm əməl etmələrinə ehtiyac var. Təhlükədən qorunmağın yolu həmin məsləhətlərə əməl etməkdən keçir.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

666
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv