Din xadimi kazinoda 500 min avro uduzdu – FOTO

Venesiyanın Mestre qəsəbəsində keşişin kilsənin bank hesabından 500 min avro çıxarması ajiotaja səbəb olub.

Yenicag.az İtalya mətbuatına istinadən xəbər verir ki, o, bu məbləği kazinoda uduzub.

Qumar oyunlarının həvəskarı olan keşiş Flavio Qobbo, adəti üzrə əvvəlcə şəxsi pullarını uduzub, sonra isə kilsənin kassasına əl atıb.

Qobbo özünü “oyun xəstəsi” kimi qələmə verərək, peşman olduğunu bildirib.

Məhkəmə prosesində prokurorluq onun oyun asılılığından müalicə kursu almalı olduğunu və buna görə, cəzanın yüngülləşdirilməsini istəyib.

Məhkəmə bunu nəzərə alaraq, keşişi 2 il şərti olaraq azadlıqdan məhrum edib.

Zaur H. 

COP29