Bakı metrosunda nasazlıq yarandı

Bakı metropoliteninin “Nizami” stansiyasında texniki nasazlıq səbəbilə sərnişinlər düşürülməklə qatar “Nərimanov” elektrik deposuna göndərilib.

Bakı metropolitenindən Yenicag.az-a verilən məlumata görə, bu, “Nizami-Dərnəgül” sahəsində iki qatar arasında interval pozulmasına səbəb olub.

“Digər sahələrdə qatarlar arasında normal interval fərqi təmin edilib. Xəttə dərhal ehtiyat qatar buraxılıb”, – məlumatda qeyd edilib.

 

COP29